“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək


Bakıda ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə Mərkəzi “Koroğlu” metrostansiyasının yaxınlığında yaradılıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılmasında məqsəd nəqliyyatın nizamsız hərəkətinin qarşısını almaq, sıxlığı aradan qaldırmaqdır.Mais Ağayev Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Onu da qeyd edək ki, “Dərnəgül” Nəqliyyat Mübadilə mərkəzi yanvarın 13-də istifadəyə veriləcək.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 26 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 10.01.2018, 08:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM