"Milli Ön" ödəmə terminalından 1059 manat oğurlanıb


Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manatın oğurlanması barədə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. Vüqar Məcidov: “1992-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş paytaxt sakini Kərimov Kamran Yusif oğlu saxlanılıb. O ifadəsində balta ilə həmin aparatı qıraraq içərisindəki pulları taladığını etiraf edib.” Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 264 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 10.01.2018, 08:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM