Tovuzda kənd təsərrüfatında artım müşahidə olunur


Əvvəlki illərə nisbətən Tovuzda kənd təsərrüfatı demək olar ki, sürətlə inkişaf edir. Sahələrdə şumlama işi yekunlaşıb, taxıl sahələrinə qış dondurma suyu verilməsi tam başa çatıb, əkin sahələrinə isə kimyəvi gübrələr verilib. Rayonda gedən inkişaf prossesindən Tovuz rayon kənd təsərrüfatı idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Rəhman Qasımov məlumat verib. Tovuz rayonun statistik göstəricilərinə əsasən 2016-cı ilə nisbətən 2017-ci ildə rayonda kənd təsərüfatının bütün sahələrində inkişaf müşahidə edilib. Ümumilikdə 2016-cı ilə nisbətən 2017-ci ildə kənd təsərüfatının bitkiçilik sahəsindən 16604 ton artıq məhsul yığımı olub. Rayonda bitkiçilik sahəsi ilə yanaşı heyvandarlıq sahəsində də artım müşahidə edilib. Ət istesalı 1.5% artaraq 8165 tona çatdırılıb. Kənd təsərüfatının digər sahələrində də artım müşahidə edilib. Bu barədə rayon statistika idarəsinin rəisi Niyazı Tağıyev danışıb. Qeyd edək ki, 2018-ci ildə Tovuz rayonun kənd təsərrüfatının bütün sahələrində məhsulladarlığın artması nəzərdə tutulub.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 252 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 09.01.2018, 06:23

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM