Xəstəliklər fəslində çalışaq uşaqlarımızı qoruyaq


Qış gəldi əksəriyyətimiz sağlamlığımızı itiririk. Can şirin olsada, bəzən özümüzə qarşı çox diqqətsizik.Və bu diqqətsizlik pis sonluqla nəticələnir

Mövsüm dəyişkənliyi zaman qripən çox yayılan xəstəliklərdən biridir. Qrip infeksion xəstəlikdir.Yani yoluxucudur. İnsan gərək qriplə bacarsın. Qripin ilk əlamətləri baş və boğaz ağrısı, öskürək və asğırmaqdır. Daha sonra, bura hərarətin qalxması və titrətmədə əlavə olunur. İlk baxışdan yüngül görünən bu xəstəlik, daha sonra ağır fəsadlar yaradır.

Qripə ən tez tutulan isə, immun sistemi zəif olan uşaqlardır. Uşaqları bu xəstəlikdən qorumaq üçün onlara nəzarət etməli, vaxtı vaxtında yemək verməli, eyinlərin qalın geydirməli, mövsümə uyğun meyvə tərəvəzlə qidalandırmaq lazımdır.

Təcrübə göstərir ki, immuniteti güclü olan uşaqlar, qışda cox az xəstələnir. Düzgün yuxu rejimi, fiziki hərəkət və istirahət immuniteti bərkidir. Qripdən qorunmaq istəyən insanlar, həmdə şəxsi gigiyenalarına fikir verməli və ictimai yerlərdə diqqətli olmalıdırlar. Bəzən valideyn övladına qarşı biganə olur. Pediator Gülnar Abdullayevə deyir ki, payız aylarında vurulmalı olan qrip peyvəndini çox vaxt valideynlər unudur.

İnsanlar qripə yoluxduğu halda, çox vaxt öz özünə keçər deyib xəstəliyi ciddiyə almırlar. Amma nəzərə almaq lazımdır ki, onun tez bir zamanda qarşısını almaqla, yaxşılığa doğru yönəltməklə, infeksiyanın yayılmasının qarşısın beləcə alırıq. Övladının sağlamlığını qorumaq hər bir valideynin borcudur. Valideylərin övladlarını qripdən necə qorumasını öyrənmək üçün, yollandım onların fikirlərin öyrənməyə.

Qarşıda bizi sərt qış gözləyir. Bədənimizin vitaminlərə ehtiyac duyduğu bu dönəmdə, yaxşı qidalanağ ki sağlam olaq.

Bele bir deyim var ki, kim uzun ömür yaşamırsa günah onun özündədir. Gəlin sağlamlığımızı qoruyaq.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 136 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 08.01.2018, 05:38

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM