Son 5 il ilə müqayisədə 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşlarin sayında artım müşahidə edilmişdir


2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olmuşdur ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən OTV-yə verilən məlumata görə, onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri,  62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.

 Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur.

2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 31,6 faiz, 19.9 faiz, 13.4  faiz, 11.2 faiz və 3.8 faiz təşkil etmişdir.   

2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olmuşdur.

 2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlmişdir. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilmişdir.

Sevindirici haldır ki,  Avropa, Körfəz və Yaxın Şərq,  Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında  artım baş vermişdir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 156 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 08.01.2018, 04:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM