Bir neçə gün ərzində “Şahdağ”a 10-mindən çox turist üz tutub



Yeni il bayramı ərəfəsində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı digər günlərlə müqayisədə xeyli artıb. Bir neçə gün ərzində bu mərkəzə 10-mindən çox turist üz tutub.Bayram günlərində istirahət kompleksində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də var.

Turistlərin istirahətini mükəmməl təşkil etmək üçün isə turizm mərkəzi var gücü ilə çalışır. Ənənəvi qış əyləncələri ilə yanaşı burda uşaqlar da yaddan çıxmayıb.Onların istirahətini daha da maraqlı etmək üçün müxtəlif əyləncələr və konsertproqramları təşkil olunub.

Bayram günləri bitsə də ağappaq qarla örtülmüş Şahdağın yamacları xizək və snoubord həvəskarlarının ixtiyarındadır. Turizm mərkəzində 160 süni qar generatoru fəaliyyət göstərir. Bu generatorlar 128 hektar sahənin və ümumi uzunluğu 16,8 kilometr məsafədən ibarət 11 xizək enişinin daim hamar və möhkəm qar örtüyü ilə örtülməsini təmin edir.Aktiv istirahəti sevənlər üçün xizək və snoubord sürmə ilə yanaşı aeroxizək, kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün isə kirşələr, buz meydançası,ümumilikdə bu kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarındadır.Hazırda Şahdağ İstirahət mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır. Bu qış mövsümü açılandan bəri mərkəzi, ümumilikdə, 30-mindən çox turist ziyarət edib.





Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 273 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 06.01.2018, 06:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM