Turistlər səyahət üçün Azərbaycanı seçir


  Təbii ki qürur vericidir, ölkəmizin bu qədər sevildiyini görmək. Digər ölkələrin nümayəndələri fərdi və ya ailəvi şəkildə səyahət üçün Azərbaycanı seçirlər. Paytaxt Bakının mərkəzi küçələrində kimi şəkil çəkdirir, kimi isə sadəcə şəhərimizin gözəlliyinə baxırAzərbaycanın füsünkar təbiəti, zəngin mətbəxi dünyanın fərqli guşələrindən olan insanlarda ölkəmizə marağı artırır. Bakımız qədər digər şəhər və rayonlarımıza da yetərincə maraq olduğunu deyə bilərik. Elə turistlərin də sözlərinə görə onlar Azərbaycanın səs sorağın eşidib bura üz tutublar.

 Ekspertlərin sözlərinə görə ölkəmizdə sürətlə gedən inkişaf prosesi digər ölkələrin marağına da səbəb olub.Buna görə də son illərdə Azərbaycana üz tutanların sayında artım müşahidə olunur. Burda onlara göstərilən yüksək xidmət, insanların qonaqpərvərliyi, bir gələni bir də gəlməyə məcbur edir.

Onu da bildirək ki ,Tolerant ölkə olan Azərbaycan qapısını döyənlər bir qonağı qarşılamağa hazırdır


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 315 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 05.01.2018, 00:48

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM