Bakı küçələrinə səs salan “küçə” musiqiçiləri


Bakı küçələrinə səs salan “küçə” musiqiçiləri

Elə qəhrəmanımız kimi paytaxt Bakının bir çox küçələrində, küçə musiqiçilərinə rast gəlinir. Bəziləri musiqi alətlərində ifa edir, bəziləri isə səsi ilə dinləyənləri feyziyyab edir. Onlarda olan bu həvəsi, istedad da adlandırmaq olar. Bu istedadı üzə çıxaran insanlardan biri də Təhniyyə İzalovadır. O, musiqinin hər notunda insana sanki bir həyat yaşadır.

Qəhrəmanım ilk addımlarında bu sənətə bir həvəs kimi baxsa da, daha sonra öz sahəsində özünü peşəkar kimi yetişdirib. Elə buna görə də böyük dinləyici kütləsini, qısa müddət ərzində ətrafına toplamağı bacarıb. Təhniyyə İzalova bildirir ki, həvəs kimi başlayan musiqi zamanla qazanc növünə çevrilib. Məhz bu səbəbədən də o, peşəkar olmaq üçün öz üzərində dayanmadan çalışır.

Çəkiliş apardığmız zaman, şəhər sakinlərinin bu sənətə olan marağı da gözdən qaçmırdı. Ayaq saxlayıb dinləyənlər zəhməti qiymətləndirirdi.

Düzdür, musiqi kim üçün qazanc mənbəyi, kim üçün həvəs, kimi üçün isə özünü göstərmə şansıdır. Necə deyərlər musiqi bizi xoşbəxt edir. Daim xoşbəxt olmaq diləyi ilə...


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 187 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 05.01.2018, 10:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM