Xarici məhsulların kölgəsində qalan yerli meyvə-tərəvəzlər » OTV - İnternet Televiziyası

Xarici məhsulların kölgəsində qalan yerli meyvə-tərəvəzlər



Marketlərə daxil olduqda, xaricdən gətirilən meyvələr diqqət çəkir. Çünki onlarda olan parıltı, gözəl görünüş insana gəl məni al deyir. Xarici məhsulların kölgəsində qalan yerli məhsullar isə görünüşünə görə ikinci plana keçir

Satıcılar bildirir ki, xaricdən gətirilən meyvələrlə yerli məhsullar arasında qiymətdə yetərincə fərq var . Keyfiyyətinə gəldikdə isə onlar heç bir şikayətlə rastlaşmadıqlarını deyir

Alıcıların sözlərinə görə isə meyvə alanda xüsusən onun keyfiyyətinə diqqət yetirmək lazımdır.Çünki sağlamlığın her şeydən vacib olduğunu deyən alıcılar, büdcəyədə qənaət edilməli olduğunu bildirirlər

Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov isə bu məsələ ilə bağlı yetərincə şikayət gəldiyini deyir. Xüsusən də qış aylarında qarpızdan zəhərlənmə halının sayının artığını deyən Eyyub Hüseynov hər meyvəni öz fəslində yemeyi məsləhət görür

Xarici məhsullar gözəl görsənə bilər, amma yerli məhsul daha keyfiyyətli və cibə uyğundur.Elə öz məhsulumuzu alaq ki , həm cibimizə qənaət edək həmdə sağlamlığımızı təhlükəyə atmayaq



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 277 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 04.01.2018, 18:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM