"OTV" ilin ən yaxşı Onlayn Televiziyası seçilib


Qafqaz media ictimai birliyi ilin yekunlarına həsr olunan tədbir keçirib. Tədbirin əsas məqsədi 2017-ci ilin ən yaxşılarını seçib, onların zəhmətini qiymətləndirməkdir. Bir sıra media nümayəndələri, aktyorlar, rejissorlar və digər sənət nümayəndələri əziyyətlərinin bəhrəsini görüblər. Təltif olunanların sırasında “OTV” - İnternet Televiziyası da var idi. Mükafat alan insanlar onlara göstərilən diqqətdən məmnun olduqlarını söyləyiblər. Bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan sənətkarlar, hər zaman incəsənətə dəyər verənlərin yanında olduqlarını deyiblər. Biz də Otv kanalı olaraq bütün mükafat alanları təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.
Xanlar Mehdiyev,
Məhəmməd Əlifov,
OTV, Bakı-2017

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 576 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 25.12.2017, 23:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM