Mingəçevirdə məktəbdə müəllim maraqlı dərnək yaradıb


Orta məktəb müəllimi dərs dediyi təhsil ocağında bir ilk reallaşdırıb. Mingəçevir şəhər 3 nömrəli məktəbdə tarix dərsini tədris edən Almaz Məmmədova burada ilk dəfə olaraq geniyalogiya dərnəyi yaradıb. Almaz Məmmədova fəaliyyət göstərən dərnəyi şagirdlərinin məsləhəti ilə klub formasında inkişaf etdirib. Ağdam, Kəlbəcər, Laçın və digər rayonlardan məcburi köçkün olan şagirdlər öz nəsil şəcərlərini müxtəlif formada hazırlaya biliblər. Müəllimin sözlərinə görə, məktəblilər yaşlı nənə-babaları vasitəsi ilə 3-4 əsr əvvələ gedib öz əcdadların adını, hansı peşəyə sahib olduğunu da öyrənə biliblər. Uzun illərdir tarix dərsini tədris edən Almaz Məmmədova geniyologiya ilə ilk dəfə olaraq Mingəçevirdə onun məşğul olduğunu və bunun daha da inkişaf etdirəcəyinə çalışacağını bildirib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 550 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 21.02.2018, 00:24

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM