Hindistanda seçki qabağı təbliğat kampaniyasi aparan qrupa hücum olub


Hindistanda Milli Konqres Partiyasının seçki kampaniyasından qayıdan avtomobil karvanına əldəqayırma partlayıcı ilə hücum nəticəsində 4 nəfər ölüb. Hadisə Hindistanın şimal-şərqində Meqalaya ştatında olub. Hücumun hədəfi Milli Konqres Partiyasından Meqaliya əyalət məclisinə namizəd Conatan N. Sanqman olub. Partlayış nəticəsində millət vəkilliyinə namizəd və onunla birlikdə seçkiqabağı kampaniyada iştirak edən 3 nəfər ölüb. Meqaliya ştatının məclisinə seçkilər fevralın 27-də keçiriləcək.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 484 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Kriminal Tarix: 21.02.2018, 00:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM