Meksikada bərədə baş verən partlayışın səbəbi açıqlanıb


Meksikanın Playa-del-Karmen limanında turistləri daşıyan bərədə baş verən partlayış nəticəsində yaralıların sayı 22 nəfərə çatıb. Xəsarət alanlardan 15-i Meksika, 7-si isə ABŞ vətəndaşlarıdır.  Yaralılardan üçü 5, 12 və 14 yaşlı uşaqlardır.  Bu arada həmin partlayışın səbəbi açıqlanıb. Bu barədə ölkənin Turizm naziri Enrike de la Madrid özünün “Twitter” səhifəsində yazıb.  “Ehtimala görə, insidentə sızma nəticəsində yığılan qazın alışması səbəb olub. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb, onlardan yalnız 1-i ağır yaralanıb”, Enrike de la Madrid yazıb.  Nazir digər detalları açıqlamayıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 685 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Kriminal Tarix: 22.02.2018, 00:15

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM