ABŞ Suriyada atəşkəsə dair BMT Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləyəcək


ABŞ BMT-nin Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəsə dair qətnaməni  dəstəkləyəcək.  Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib. “Təhlükəsizlik Şurası atəşkəsə dair qətnaməni qəbul etməlidir. ABŞ Şuranın digər üzvləri kimi sənədi dəstəkləməlidir”, deyə N.Heyli bildirib. Hazırda BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutan, Küveyt və İsveçin hazırladığı qətnamə layihəsini nəzərdən keçirir. İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuqun sözlərinə görə, sənədə yaxın günlərdə baxılacaq.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 229 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 22.02.2018, 00:14

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM