Avto Kosmetoloq - Qoşqar Usta-Avtomobillərdə ev heyvanlarının daşınması


Sual: "Avtomobillərdə ev heyvanları daşınarkən nəyə diqqət etmək lazımdır?"
Cavab: "Avtomobillərdə ev heyvanları daşınarkən heyvanların qəfəslərində olması ən diqqət edilməli məqamlardan biridir. Çünki ev heyvanlarının tükləri avtomobili çirkləndirir. Bu heyvanların öz təbii ehtiyaclarını avtomobildə görməsi nəticəsində avtomobildən pis qoxu gəlir. Süd və süd məhsulları, ət və ət məhsulları daşınarkən buna çox ehtiyatla yanaşmaq lazımdır. Süd məhsulları daşınarkən tam əmin olmalısınız ki, ağzı bağlıdır, çünki süd məhsulları maşına dağılarsa, bu zaman kəskin qoxu gəlir. Ev heyvanları daşınarkən onların təbii ehtiyaclarını daşımaq üçün bir qab qoyulmalıdır. Kəskin qoxu gələrsə, avtomobilin təmizlənməsi 15-20 gün çəkir. Bu zaman siz avtomobilsiz qala bilərsiniz. O sökülüb götürülən detaldırsa, avtomobilin sürülməsi zaman sizə bir maneçilik yaratmırsa: döşəmə, yük yeri, arxa oturacaq hissəsi sökülüb təmizlənir və yenidən yığılır.
Müsahib: Qoşqar Usta
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Esmira Kərimova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 268 | Kateqoriya: Verilişlər / AutoMAN Tarix: 21.09.2016, 18:53

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM