Avto - kosmetoloq - Feyruz Əlizadə- Motorxananı yuduzdurmaq olarmı?


Sual: "Motorxananı yuduzdurmaq olarmı?"
Cavab: "Motorxananı yuduzdurmaq olar. Motorxana 3 mərhələdə yuyulmalıdır. Birinci mərhələdə maşının elektrik sistemlərinin üstü bağlanır və "golden star" dərmanı ilə dərmanlanır. Bu dərman suyu elektrik sistemlərinə dəyməyə qoymur. İkinci mərhələdə isə, motorxana üçün nəzərdə tutulmuş şampun vurulur. Bundan sonra 15 dəqiqə gözləyirik, 15 dəqiqədən sonra, motorxana yuyulur. "Golden star" motorxanada və elektrik sistemində problem yaranmasının qarşısını alır. Üçüncü mərhələdə motorxana xüsusi parça bezlər vasitəsilə, qurudulur və "motor plus" qoruyucu qat motorxananın üstünə vurulur. Minimum 3 ay, maksimum 6 ay motorxananın keyfiyyətini, təravətliliyini qoruyub saxlayır.
Müsahib: Feyruz Əlizadə
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Esmira Kərimova
Redaktor: Vaqif Hüseynov

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 268 | Kateqoriya: Verilişlər / AutoMAN Tarix: 15.09.2016, 18:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM