Avto - kosmetoloq - Feyruz Əlizadə- Avtomobil cilalanarkən zavod boyası zədələnirmi?


Sual: "Avtomobil cilalanarkən zavod boyası zədələnərmi?"
Cavab: "Maşının üstündə olan lak səthi mikronlarla ölçülür. Maşının üstündə olan mikron sayı 17, 20, 30 və.s ola bilər. Maşın sumbati kağızından sürtüləndə, zavod boyası zədələnir. Zavod boyasını hamarlaşdırmaq düzgün deyil. Maşının üstündə 2 cür çirk olur. Statik və dinamik çirk. Dinamik çirk avtoyuyucuda yuyulur. Statik çirk lakın tərkibindəki çirkdir. Glina vasitəsilə, statik çirk çıxdıqdan sonra, maşının cızıqları gedir və dirilməyə başlayır, daha sonra aparatın cızıqları gedir, 3cü mərhələdə cilalanma prosesidir. Qoruyucu qatlar (seramik pro 9X, seramik pro light, seramik pro plastik) maşının daha da, uzun ömürlülüyünü qoruyur, maşını xırda zədələrdən qoruyur, cızılmır. Maşının üstündə olan palçıq, su, ağac şirəsini lakın üstündə saxlamır. Cilalanmadan sonra qoruyucu qatlar vurulmalıdır, çünki cilalananmadan sonra lak tam yeni olur.
Müsahib: Feyruz Əlizadə
Müxbir: Sevinc Baxışova
Prodüsser: Esmira Kərimova
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 342 | Kateqoriya: Verilişlər / AutoMAN Tarix: 15.09.2016, 18:11

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM