Şikar Hüseynov: Dodaq həcminin artırılması ziyanlıdırmı və nə vaxt təkrarlanır?


Sual: "Dodaq həcminin artırılması ziyanlıdırmı və hansı müddətdən bir təkrarlanır?"
Cavab: Öncə dodaq həcmini artırmağın müxtəlif variantlarından danışım. Dodaq həcmini artırmaq üçün fərqli dolğu maddələri istifadə olunur. Həcmin artırılması proseduru filer yaxud da dolğu olaraq adlandırılır. Bu filerlər qalıcılığına görə və istifadə olunan materialına görə dəyişir. Əvvəllər tam qalıcı dolğular istifadə olunurdu. Bunlar slikon dolğular idi. Bunlar sovrulmurlar, ömürlük qalırlar və hazırda günümüzdə bunlar tətbiq olunmur. Bunun bir neçə səbəbi var: istənməyən görüntü olanda onu ortadan qaldırmaq mümkün olmadığına görə, digər səbəbi slikon dolğularından sonra qraninom dediyimiz yerli toxumanın yəni, dodağın özünün anatomiyası pozulur və loru dildə desək, düyünlər əmələ gəlir. Bu estetik olaraq xoş görüntüyə səbəb olmur və düyün şəklində sosiskaya bənzər görüntülər yaradır. Bunları slikonlar vasitəsilə ortadan qaldırmaq mümkün deyil. Bir müddət sonra yarımsintetik dolğular istifadə olundu. Bunlar qalıcılıq ömrü 2 ilə qədər olanlar idi ki, biopolimerlər və digər maddədən istifadə olunurdu. Bunlar da slikon qədər olmasa da, müəyyən xoşagəlməz estetik görüntülərə səbəb olurdu. Hazırda günümüzdə dünyada istifadə olunan və çox güvənilir olan, heç bir xoşagəlməyən, qalıcı zədəyə səbəb olmayan dolğular Hilarionik Asit yəni, Hilaroin turşusu dolğularıdır. Bunlar xalq arasında Hilarion gellər deyə bilinir. Bunların heç bir yan təsiri olmur və qalıcılıq müddəti 9 ay ilə 1 ilə qədər olur. Xəstənin görüntü xoşuna gəlmirsə, bu ya zamanla yəni, dediyimiz müddət əzrində tam sovrularaq yox olur, ortadan qalxır, ya da müəyyən müdaxilələrlə onun yan təsirlərini ortadan qaldırmaq olur. Hilarion turşulu dolğular günümüzdə dünyada trenddir. Çünki Hilarion turşusu özü bizim hüceyrələrimiz arasında olduğuna görə, görüntüdə çox təbii olur. Təbii ki, səriştəli əllərdə verilən görüntü çox estetik olmalıdır və hətta təbii olmalıdır. Hilarion gellər tam güvənilirdi və pasiyentlərimiz onu rahatlıqla özlərinə vurdura bilərlər. Qalıcılıq müddəti 9 ay ilə 1 il arasında dəyişir. Xoşagəlməyən təsirləri olmur, sadəcə keçici eritem, qızarıqlıq, çox az ehtimalla damara düşəndə gemotom ola bilir. Gemotomu da ortadan qaldırmaq üçün hazırda kanionlar istifadə olunur ki, bununlada ümumiyyətlə gemotom olmur. Dodaq həcmini artırarkən həm yerli ağrıkəsici kremlərdən istifadə olunur, həm də sinir blokadaları olunur ki, xəstə heç bir ağrı hiss etmir.
Müsahib: Şikar Hüseynov
Müxbir: Günel İsmayılova
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 624 | Kateqoriya: Tibb Tarix: 29.11.2017, 20:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM