Cərrah- Oftalmoloq- Bəhruz Nuri Zakir: Göz yorğunluğunun səbəbləri nə ola bilər?


Sual: "Göz yorğunluğunun səbəbləri nə ola bilər?"
Cavab: "Yorğunluq nə deməkdir? Biz nə zaman yoruluruq? Biz işləyəndə yoruluruq. Göz yorğunluğu bir neçə halda ola bilər. Ya göz çox işləyir, və ya işləməsinə hər hansı vasitə mane olur. Məsələn, bir insan, xüsusilə də, bank işçiləri, sığortada işləyən işçilər, bəzi müəllimlər, mühasibat sahəsində işləyən insanlar və.s gün ərzində 12 saat kompüterin arxasında işləyirlər və iş prosesində yorulurlar. Bu zaman biz xəstələrə işi azaltmağı məsləhət görürük. Lakin insanlar deyir ki, işdən çıxa bilmərəm. Bu zaman biz xəstəyə göz hərəkətləri kimi bəzi rejimlər veririk. Necə ki, əlimiz yorulanda əlimizi silkələyirik ki dincəlsin, həmçinin gözə də göz gimnastikası veririk, xəstə müəyyən hərəkətlər edir. Çox qısa fasilələr verilir. Yarım saat oturduqdan sonra çay və ya bir kofe ilə fasilə verirsən. Uzaqlara baxmaq lazımdır. Gözümüzün içində iki cür əzələ var. Uzağa işləyən əzələ və yaxına işləyən əzələ. O əzələlər sanki qıc formasında qalır. Buna görə də fasilə zamanı o gözləri uzağa işlətmək lazımdır ki bu əzələ dincəlsin, o biri əzələ işləsin. Biz xəstələrə müəyyən eynəklərdən istifadə etməyi məsləhət görürük. Bəzi göz damlaları, göz həbləri də var ki, yorğunluğu aradan qaldırır. İkinci halda nə vaxt yorğunluq olur. Bəzən insanlarda refleksion problemlər olur. Müsbət 1dən yuxarı, 1.5, 2, 3. Bu insanlar görürlər. Amma göz müsbəti sıfırlamaq üçün çox gərgin bir iş görür. Bu zaman insanlarda yorğunluq əmələ gəlir. Biz bu zaman eynək təyin edirik. Eynək bir müalicə vasitəsidir. Biz bu eynəyi yazı yazarkən, yaxında hər hansı bir işlə məşğul olanda, maşın sürəndə istifadə etmək üçün yazırıq. Üçüncü. Nə zaman göz zəifləyə bilər-somatik problemlər- anemiya, qan azlığı, osteoxondroz olanda baş verir. Bunların içində ən çox osteoxondroz vacibdir. Çünki yuxarıda sadaladığım kateqoriyaya aid olan insanlar 12-14 saat işləyirlər. Bu çox gərgin vəziyyətdir. Belə insanlarda boyun və çiyin əzələləri daim qısılmış formada olur. Spastik formada olan əzələlər beyinə gedən damarları sıxır. Bizim beynimiz qana ən həssas olan orqandır. Beyinə biraz oksigen çatmayanda beyində dumanlanma olur. yaddaş pozğunluğu olur və gözlərimiz zəifləyir. Bu halda iş rejimi dəyışməli və ya göz gimnastikası edilməlidir."
Müsahib: Bəhruz Nuri Zakir
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Zümrüd Səlimova
Redaktpr: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 631 | Kateqoriya: Tibb Tarix: 29.11.2017, 20:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM