Cərrah- Oftalmoloq- Bəhruz Nuri Zakir: Göz dibində ödəm müalicəsi mümkündürmü?


Sual: "Göz dibində ödəm müalicəsi mümkündürmü?"
Cavab: "Göz dibinin ödem müalicəsi mümkündür. Ödem nə zaman yaranır. Bütün orqanlar kimi göz də damarlardan təşkil olunmuşdur. Damarın içindən qan gedir. Qanın plazma və hüceyrə hissəsi var. Biz buna qırmızı qan hüceyrələri deyirik. Bu ən çox hansı hallarda olur. Kantujalar, travmalar zamanı rast gəlinir. Ən çox diabet xəstələrində bu müşahidə olunur. Bəzi emosional insanlarda göz dibində ödem ola bilir. Gözdaxili hər hansı bir cərrahi müdaxilədən sonra ödem ola bilər. Hipertaniya xəstələrində, endrokrin pozğunluqlarda ödem ola bilər. Bütün hallarda mexanizm eynidir. Gözün dibində 10 qat hüceyrələr var. 10 qat hüceyrələrin arasına maye dolur. Maye damar divarından gəlir. Patalogiya nəticəsində damar divarının keçiriciliyi artır. Artanda bu su damar divarından keçir və hüceyrələrin arasına həbs olur. Bu halda dediyimiz işıq görmə hüceyrələrinə-kolbacıqlara gedib çata bilmir. Beləliklə, insanın gözü zəifləyir, tor, əyri görür. Bu halda biz etoloji müalicəyə başlayırıq. Hardan gəldiyini araşdırırıq, təzyiq endirilir, şəkər endirilir, endrokrin pozğunluq, hormonal pozğunluq yoxlanılır və balanslaşdırılır. Gənc, emosional insanlarda bunu yüngülləşdiririk. Bəzi hallarda xəstələrə işdən çıxmağı tövsiyə edirik, çünki bəzən elə işlər olur ki, adam 20 saat iş görür. Belə olanda gözün dibinə maye toplanır. Xəstə də istəyindən asılı olaraq işini dəyişir və ya dəyişmir. Sonrakı mərhələdə farmokoloji- dərman müalicəsinə başlayırıq. Damar divarını möhkəmlədən dərmanlar, angiprotect istifadə edirik, göz dibinə mayeni sormaq üçün avastin adlı maddə vururuq. Ozordeks adlı dərman var ki uzun müddət təsir edir. Bunlar steroidlərdir. Göz içinə vurduqda ödemi ordan sormaq mümkündür. Amma etoloji faktoru aradan götürmək şərti ilə bunu etmək lazımdır. Götürmədən mayeni sorsaq dərmanın təsiri keçəndə yenə də əmələ gələcək. Xəstələr var ki, gözünün içinə 5-10 iynə vurulur. Çünki özlərini qorumurlar. 95% halda ödemi müalicə etmək mümkündür."
Müsahib: Bəhruz Nuri Zakir
Müxbir: Sevinc Baxışova
Operator, Montaj: Röyal Bədəlov
Prodüsser: Zümrüd Səlimova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 39 | Kateqoriya: Tibb Tarix: 29-11-2017, 19:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM