Ekvadorda “donuz qripi”ndən 22 nəfər ölüb


Son iki ay ərzində Ekvadorda H1N1 virusu (“donuz qripi”) 22 nəfərin həyatına son qoyub. Bu barədə ölkənin Səhiyyə nazirliyinin açıqlamasında bildirilir. Məlumata əsasən, noyabrın 19-dan yanvarın 200-dək ölkə ərazində 441 nəfər ölümcül xəstəliyə yoluxub, onlardan 22-si ölüb. Qeyd edək ki, H1N1 virusu 2009-cu ildə Meksikada yaranıb. Daha sonra kütləvi epidemiyaya çevrilən xəstəlik bütün dünyaya yayılaraq minlərlə insanın həyatına son qoyub.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 176 | Kateqoriya: Tibb / OTV Xəbər / Manşet / Dünya Tarix: 24.01.2018, 02:50

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM