[Ginekoloq Dr. Gülnarə Ə.] Hamilə müddətində qidaya qarşı ürəkbulanmanın səbəbləri?


Sual: "Hamilə müddətində ət iyinə və bəzi bəyəndiyim qidalara qarşı ürəkbulanma yaranır. Nə ilə əlaqəlidir?"
Cavab: Hamiləlik zamanı, hamiləliyin birinci trimestrində bəzi qadınlarda, şübhəsiz ki hamıda yox, bu ürəkbulanma ola bilər. Ürəkbulanma ət iyinə, siqarət iyinə, bişirilən xörəklərin, təamların iyinə qarşı, bəzi hamilə qadınlarda duxu, parfüm , aseton iyinə qarşı ürəkbulanma baş verir. Ümumiyyətlə, hamilə qadınlar var ki otağın şəraitinə daxil olanda artıq ürəkbulanma baş verir. Heç bir fəsad vermir, yəni demək olmaz ki, bu hansısa bir qadında 100% taksikoz verə bilər, yəni bu indevudal prosesdir, insanın bədənindən, orqanizmindən asılıdır. Həm də burunda reseptorlar vardır ki, onların hər hansısa iyilərə qarşı güclü olması, daha həssas olmağı buna səbəb ola bilər. Bəzi qadınlara tövsiyə edə bilərəm ki, qaymor pazuxalarını, sinuslarını müalicə eləsinlər, LOR həkimlərindən , diş həkimlərindən, stomatoloqlardan müayinədən keçsinlər və sonra hamilə qalsınlar. Çünki bəzən qadınlarda qaymoritdən sonra yarana bilən bir fəsad kimi ola bilər. Bəzi qadınlarda isə irsi bir hal ola bilər, yəni məsələn ansaı, xalası ürəkbulanma taksikozla olub onda da keçə bilər, yəni bu indevudal prosesdir, 100% ət iyindən ürəkbulanması hemoqlobinin azlığı deməkdi fikri düzgün deyil. Keçmiş vaxtlardan belə bir fikir formalaşıb ki, qadın hamilə vaxtı hər hansısa yeməyi istəyərsə deməli onun bədənində dəmir, ya da hər hansısa bir mikroelement çatışmazlığı var. Alimlər tərəfindən bunun düzgün olmağı hələ də sübut olunmadığı üçün bunu tam dəqiqliklə demək olmaz."
Müsahib: Dr. Gülnarə Əzimova
Müxbir: Sübhan İsmayılov
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 147 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 19:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM