Ürəktutması və iflicdən qurtulmağın yolları


Bəzən həyat tərzimizdə etdiyimiz kiçik dəyişikliklər ürək xəstəlikləri və iflicdən əziyyət çəkmək riskini inanımaz dərəcədə azaldır. OTV bu istiqamətdə sizə 8 faktı təqdim edir.

1.Hər gün daha çox idman edin.

Fiziki hərkətlər sizin ürəktutmasından əziyyət çəkmək riskinizi azaldacaq. Ən azından həftədə 5 gün 30 dəqiqəlik idman hərəkəti ürəyinizin düzgün fəaliyyətinə səbəb olacaq. İntensiv gəzinti və üzgüçülük isə faydalı seçimlər sırasındadır. Həftənin digər 2 günündə isə ağırlıqaldırma kimi məşqlər edə bilərsiniz. Əgər gərgin iş rejimində çalışırsınızsa, idman hərəkətlərini gün ərzində kiçik hissələrə bölə bilərsiniz. Buna misal olaraq, səhər saatlarında və nahar yeməyindən öncə 15 dəqiqəlik gəzinti edə bilərsiniz.

Çəki itirmək üçün tutarlı səbəblər seçin.

Əgər siz çəki artıqlığından əziyyət çəkirsinizsə, ürəktutması və iflic riskini artıraraq arıqlamaq məcburiyyətində deyilsiniz. Çəkinizin 10 % itirildiyi təqdirdə, qan təzyiqiniz və qanda şəkər səviyyəniz aşağı düşəcək.

3. Ürək dərmanlarını vaxtı-vaxtında qəbul edin.

Heç bir halda, dərman qəbulunuzda məsuliyyətsizlik göstərməyin. Bir çox insanlardərman qəbulunu həkimlərin məsləhət gördüyü üsulla həyata keçirmirlər. Düzgün şəkildə dərman istifadə etməmənizin səbəbi müşahidə etdiyiniz yan təsirlər,qiymət və ya unutqanlıq ola bilər. Bu zaman həkiminizə kömək üçün müracət edin.

4 Yaxşı şəkildə qidalanın.

Əgər sağlam bir dieta saxlayırsınızsa, ürək xəstəliklərinə tutulma riskiniz yetərincə aşağıdır. Meyvə, tərəvəz, yavan ət, taxıl məhsullarından, balıqdan qidanızda mümkün qədər çox istifadə edin.

5.Spirtli içkilərdən az miqdarda istifadə edin.

Az miqdarda qəbul edən edilən spirtli içkilər ürək fəaliyyətinə müsbət təsir göstərir, lakin artıq qəbul edilən spirtli içki sizin yüksək qan təzyiqi, ürəktutması və iflic riskinizi artırır.

6. Az miqdarda şokalad yeyin.

Əsasən tərkibinin 70 % i kakaodan ibarət olan tünd şokaladlara üstünlük verin.Bu sizin ürəyinizin düzgün fəaliyyətini təmin edən nutrienlərlə zəngindir. Bununla belə, kiçik ölçüdə qəbul edilən şokalad ürəyinizin düzgün fəaliyyətinə və əlavə çəki qazanmamanıza səbəb olacaq.

7. Siqaret çəkməyin.

Siqaret çəkmək sizin ürək tutması və iflic olmaq riskinizi kəskin şəkildə artırır. Necə tərgitməklə bağlı həkimizinə müracət edə bilərsiniz. Bununla, siz həmçinin dostlarınızı və ailənizi sevindirmiş olacaqsınız.

8.Özünüzdə müşahidə etdiyiniz simptonlara diqqət yetirin.

Onların öz- özlüyündə yoxa çıxmasını ümid etməyin. Əgər özünüzdə tənginəfəslik, ürək döyüntünüzün dəyişilməsi və ya həddindən artıq yorğunluq hiss edirsinizsə, həkimə müraciət edin.

Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 23 | Kateqoriya: Tibb Tarix: 1-12-2017, 11:09

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM