[Stomatoloq- İmplantoloq- Raman Məhərrəmov] Diş implantlarının üstün cəhətləri haqqında


"Diş implantlarının üstün cəhətləri və faydaları haqqında"
"Diş implantlarının üstün cəhətləri həddindən artıq çoxdur. Ağız boşluğunda düzələcək istənilən konstruksiya arasında müqayisədə diş implantları ən uzun ömürlü sayılır. Diş implantları itirilmiş dişlərin yerini bərpa etmək üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplant əksik olan nahiyələrə qoyulur. Əvvəllər biz itirilmiş nahiyəni bərpa etmək üçün qonşu dişləri yonurduq və protez edirdik. Bununla da bir dişə görə 2-3 dişin yonulmağına səbəb olurduq. Amma implant olunmuş nahiyədə heç bir dişə toxunmadan, heç bir diş yonulmadan implantı yerləşdirməklə itirilmiş dişin yerini bərpa edirik. Digər üstün cəhətlərindən biri də, diş implantları olunan nahiyədə sümük əriməsi maksimum ləngiyir və bu da gələcəkdə çənə sümüyünün atrafiyasına gətirib çıxarmasına səbəb olmur. Çənə sümüyündə dişlər əksik olan nahiyələrdə sümüklərdə ərimələr gedir. Bu hətta insanın simasındada bilinir. Bu insanların üzündə qocalıq əlaməti olur. Bu da sümüyün əriməsi səbəb olur. Bu sümük əriməsinin qarşısını almaqla da, bu problemlər aradan götürülmüş olur. Digər nüanslardan biri də itirilmiş dişlərin yerini bərpa etmək üçün diş implantları ilə bərpa etməklə nəticə ala bilirik. Bu üstünlüklərinə görə də insanlara faydalı olur. İmplantların ömrü uzun olduğu üçün pasient bir dişə görə bir neçə dəfə həkimə müraciət etməli olmur. Buna görə də vaxt baxımından, maddi baxımdan qənaət etmiş olur. Biz bu faydalara görə bütün izləyicilərə görə implantasiya etdirməyi tövsiyə edirik. Bu əməliyyatdan qorxmasınlar, tam ağrısızdır və sadə bir əməliyyatdır."
Müsahib: Raman Məhərrəmov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 690 | Kateqoriya: Tibb Tarix: 29.11.2017, 20:59

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM