[Stomatoloq-İmplantoloq Bəhruz İsmayılov] Ağız yaxalayıcı mayelərin dişlərə ziyanı ola bilər?


Sual: "Ağız yaxalayıcı mayelərin dişlərə ziyanı ola bilər?"
Cavab: "Ağız yaxalayıcı mayelər müalicəvi və profilaktik olmaqla 2 qrupa bölünür. Müalicəvi ağız yaxalayıcılarını pasientlər çox diqqətli istifadə etməlidirlər. Çünki bunlar antiseptik tərkibli olur,uzun müddət istifadə etməmək lazımdır. Çünki bunlar uzun müddət müəyyən xəstələrə müəyyən əməliyyatlardan sonra xlor heqzdin deyilən kimyəvi materialların, maddələrin tərkibində olduğu ağız qarqaralarıdır. Bunlar isə, uzun müddətdə insan sağlamlığına bəzi zərərləri ola bilər. Dildə keyimə hissi, dad bozuqluğu kimi problemler yarana bilər. Bunlar antiseptik maddələr təşkil ettiyinə görə, həmçinin, mikrobları da öldürə bilər. Bu da bizim sağlamlığımıza bəzi problemlər yarada bilər. Hətta ürək problemi olan insanlar, yüksək təzyiqi olan insanlar, xlorizin tərkibli qarqaraları çox diqqətli istifadə etdiririk. Profilaktik tərkibli qarqaraların tərkibində kimyəvi maddələr olduğuna görə və bu maddələrin insan sağlamlığına bəzi ziyanları olduğuna görə bunları ara-ara istifadə etmək lazımdır. Pasientlərimizə məsləhətimiz budur ki, davamlı istifadə etməsinlər çünki davamlı istifadə etdikdə, ziyan ola bilər. Müəyyən rənglənmələr, müəyyən yanmalar ağız mukozasında, dil üstündə müəyyən yaralanmalara və dad bozuqluqlarına səbəb ola bilər.
Müsahib: Bəhruz İsmayılov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 144 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 22:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM