[Stomatoloq-İmplantoloq Dr. Bəhruz İsmayılov] Ağıl dişləri nə üçün gec çıxır?


Sual: "Ağıl dışləri nə üçün gec çıxır?"
Cavab: "Ümumiyyətlə süd dişlərindən tutmuş insanın həyatı boyunca çıxan bütün dişlərin hər bir diş qrupunun fərqli çıxma yaşları var. Süd dişləri 12-13 yaşına kimi çıxıb qurtarır . Ağıl dişləri isə, insanın alt çənəsi tam formalaşdıqdan sonra, çıxmağa başlayır. Son bir neçə ildə ağıl dişlərinin gec çıxma problemi insanların çənəsinin kiçilməsi ilə bağlıdır. Bir neçə min il bundan əvvəl insanların çənəsi daha böyük olduğu üçün, ağıl dişləri daha rahat çıxa bilirdi. Son zamanlarda çənə strukturları kiçildiyi halda, ağıl dişləri çətinliklə çıxır və bəzən də, çıxa bilmirlər. Ağıl dişləri adətən 17-25 yaş arası çıxmaqdadır. Lakin bəzi insanlarda daha gec çıxa bilirlər. Bəzən 40-50 yaşlara kimi uzana bilir. Onların tumurcuğu əmələ gəlir, lakin ağız içinə çıxmaqları çətin olur. Bunun da səbəbi çənə darlıqlarıdır."
Müsahib: Bəhruz İsmayılov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 713 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 22:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM