[Emil İmanov] İmplant dişlərin ömrü nə qədərdir?




Sual: "İmplant dişlərin ömrü nə qədərdir?" Cavab: "İmplant dişlərin ömrü nə qədərdir" sualı biraz nisbi sualdır. Çünki, burada pasiyentdən, konstruksiyadan, problemdən asılı tərəflər çoxdur. Bu pasiyentin problemindən, pasiyentin ağız boşluğunda olan qüsurların həcmindən, böyüklüyündən, hazırlanan konstruksiyadan və ən vacib məqam pasiyentin baxımından asılı olaraq dəyişir. Biz baxımsızlıqdan dişlərimizi itiririk. Dişlər baxımsızlıqdan, kariyesin yaranması, dərinləşməsi, diş ətində və dişdə iltihab prosesinin yaranması və sonda dişlərin tədricən itirilməsinə səbəb olur. İmplantasiyadan sonra mütləq şəkildə professional gigiyenik qulluq olmalıdır. Həkimlərin böyük əksəriyyəti artıq pasiyentlərinə professional gigiyena haqqında məlumat verirlər. Pasiyentlər bu gigiyenaya uzun müddət yaxşı riayət etmədikləri hallarda problemlər başlamış olur. Əslində implant konstruksiya etibarı ilə çox uzun ömürlüdür. 25, 30 il əvvəl implant qoyulmuş insanlarda bu implantlar durursa, deməli, implant ömrü çox uzundur. Problem tibbin bütün sahələrində olduğu kimi, burada da yarana bilir. Öz sağlam dişimizdə belə bir neçə ildən sonra hər hansı problemlər yarana bilir. Biz ən kiçik problemlərin yaranma mərhələsində həkimə müraciət etsək, ömrünü daha çox uzatmış oluruq. Məsələn, pasiyentlər kiçik bir kariyesin yaranmasından sonra qısa vaxtda müraciət edirsə, dişin sinirinin çıxarılmamasına, zədələnməməsinə və dişin ömrünün uzanmasına səbəb olur. Biz nə qədər müddəti uzadıb problemi ağırlaşdırırıqsa, bu bizim hər hansı orqanımızın daha qısa ömürlü olmasına səbəb olur. Bu baxımdan implanta gigiyenik baxışın, qayğının, qulluğun yaxşı olması vacib məsələdir. Müntəzəm olaraq ən azı ildə 1 dəfə həkim müayinəsindən keçmək lazımdır. Biz ən azı ildə 1 dəfə implant qoyulan pasiyentlərimizi müayinəyə çağırırıq. Yaxşı halda 6 aydan bir, ən gec ildə 1 dəfə müayinədən keçsinlər. Biz problemləri araşdırırıq, pasiyentin gigiyenaya qulluq qaydalarına baxırıq və bununla da problemi qısa vaxtda çözmüş oluruq. 3, 5 ildən sonra kiçik problemlər yaranırsa, o problemi heç bir müdaxiləsiz yaxud, kiçik müdaxilələrlə aradan qaldırmış oluruq. Artıq dünyada implanta professional qulluq üçün xüsusi fırçalar var. Bunlar təkcə implanta qulluq üçün deyil, ağız boşluğunun professional qulluğu üçün olan fırçalardır. Son bir neçə ildir ki, bunlar Azərbaycanda var və biz bu fırçların hesabına implanta qulluq qaydalarını pasiyentlərimizə göstəririk. Burada həm dişlərin, həm də implantların arasını təmizləmək üçün ara fırçalar var. İmplantın içəri tərəflərinin, fırça keçə bilməyən nahiyələrin təmizlənməsi üçün “implant care” fırçaları var. Fərqli konstruksiyalar üçün fərqli fırçalar var. Təmizlik qaydalarını pasiyentə tam ətraflı izah etmək bizim borcumuzdur. Tam ətrafli izah olunandan sonra pasiyentlər nəzarətdə olmalıdırlar. Yəni, həqiqətən implantlarını yaxşı təmizliyə, yaxşı qulluq edə bilirlərmi. Bu da implantın uzun ömürlülüyü üçün vacib şərtlərdən biridir.
Müsahib: Emil İmanov
Müxbir: Günel İsmayılova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Sübhan İsmayılov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 289 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:46

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM