Kosmetoloq-Dr. Cəmilə Novruzova: Tez-tez yağlanan saçlar üçün ümumi məsləhətlər


Sual: "Tez-tez yağlanan saçlar üçün ümumi məsləhətlər"
Cavab: "Saçların yağlanması 2 halda ola bilər: dərinin yağlılıq dərəcəsi-dərinin quruluşu və ya endekrenoloji problemlər. Endekrenoloji problemlər olan zaman istər üz dərisində, istər başın dərisində piy vəziləri normadan artıq çalışır və lazım olandan artıq yağ ifraz etdiyinə görə, dərinin yağlanması daha tez baş verir. Əlbəttə belə olduğu təqdirdə saç dibində sızanaqlar, qabıqlar və ya qaşınmalar olur. Və saçlar tez tökülməyə başlayır. Belə pasientlərə məsləhət görülür ki, hər gün saçlarını yusunlar. Ona görə də yağlanma prosesini normallaşdırmaqdan ötrü, əlbəttə əgər daxili bir problem varsa, endekronoloqa müraciət etsinlər, amma paralel olaraq, həm də kosmetoloqa müraciət etsinlər. Misal üçün müasir kosmetologiyada modern üsul sayılan - mezoterapiyalar var ki, tük tökülmələrinə qarşı, saçın yağlılıq dərəcəsini azaltmaq üçün istifadə olunur və yaxud saçın quruluğunu aradan götürmək üçün çox gözəl vasitədir. Ona görə də biz pasientlərimizə mezoterapiyanı məsləhət görürük və prosedurdan sonra saç yağlanması normal vəziyyətə düşür, saç tökülmələri dayanır və biz yeni tüklərin əmələ gəlməsini müşahidə edirik. Bununla yanaşı saçın strukturu da yaxşılaşır. Daha pasientlərimiz sözügedən problemlərdən əziyyət çəkmir və əvvəllər hər gün saç yuyurdularsa, indi bunu 3 gündən bir edirlər. Biz əlavə olaraq, onlara müxtəlik saç şampunları məsləhət görürük".
Müsahib: Dr. Cəmilə Novruzova
Müxbir: Sübhan İsmayılov
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 44 | Kateqoriya: Tibb Tarix: 13.12.2017, 19:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM