Kosmetoloq-Dr. Cəmilə Novruzova: Üzdə olan sızanaqları necə aradan qaldırmaq olar?


Sual: "Üzdə olan sızanaq ləkələri getmir, onu necə aradan qaldırmaq olar?"
Cavab: "Üzdə olan sızanaq ləkələri bildiyimiz kimi qara, bozumtul şəkildə olur. Bu dərinin quruluşundan da asılıdır. Bəzən bu cür ləkələr 4-6 ay müddətində aradan götürülə bilir. Quru və həssas dərilərdə bu cür ləkələr bir neçə il qala bilər. Hətta çapıqların da qalmağı mümkündür. Kosmetoloji proseduralarla bu problemləri aradan götürmək asandır. Biz əsasən pilinqlər vasitəsilə bunu edirik. Dəriyə bir seans pilinq tətbiq olunur və dəri 3-5 gün müddətində tamamilə soyulur. Soyulduqda dəridə olan xırda qırışlar, ləkələr hətta səthi çapıqlar da aradan götürülür."
Müsahib: Dr. Cəmilə Novruzova
Müxbir: Sübhan İsmayılov
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 531 | Kateqoriya: Tibb Tarix: 13.12.2017, 18:57

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM