Kosmetoloq-Dr. Cəmilə Novruzova: Yumşaq əllərə sahib olmaq üçün məsləhətlər


Sual: "Yumşaq əllərə sahib olmaq üçün məsləhətlər"
Cavab: "Əllərin yumşaq olmamasından bir çox xanımlarımız əziyyət çəkir və əsasən bu proses payız-qış aylarına təsadüf edir. Əlbəttə əllər daha yumşaq olsun deyə, əldəki qırışlar filan aradan qalxsın deyə xüsusi vannalar edə bilərlər. Misal üçün - yüngül duzlu su vannası tətbiq etmək olar. Təxminən 10 dəqiqəlik istifadədən sonra soyuq parafindən istifadə edə bilərlər. Gündəlik hər gün səhər və axşam onu krem kimi istifadə etsələr 3-5 günə özləri də artıq fərqi hiss edəcəklər ki, əllərindəki quruluq keçib artıq. Xırda çatlar aradan qalxacaq və əllərin rəngi də artıq fərq etməyə başlayacaq. Bizə müraciət edən xanımlara professional yanaşma üçün gördüyünüz bu avadanlıqlardan istifadə etməklə tam olaraq yoxlayırıq. Əllərini cavanlaşdırmaq üçün xüsusi prosedur həyata keçirərək, əldəki qırışları götürürük. Qan dövranı sürətləndiyi üçün quruluq da aradan qalxır. Həftədə 1 seans qəbul etməklə xanımlarımız arzuladığı yumşaq əllərə sahib olacaqlar."
Müsahib: Dr. Cəmilə Novruzova
Müxbir: Sübhan İsmayılov
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 413 | Kateqoriya: Tibb Tarix: 13.12.2017, 18:54

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM