Kosmetoloq-Dr. Cəmilə Novruzova: Lazer epilyasiyası barədə məlumat


Sual: "Lazer epilyasiyası barədə ümumi məlumatlar"
Cavab: "Mərkəzimizdə olan aparat sayəsində bura gələn müştərilərimiz fərqli bir epilyasiya görürlər. Çünki cynocure aparatı tam gigiyenikdir. Aparatın başlığı dəriyə toxunulmur. Tam ağrısızdır və ən əsası bütün xanımların arzuadığı kimi - dəri zədələnməsi olmur, tüklər gec çıxır. Ən əsası burada həkim-kosmetoloqlar çalışır və dəriyə uyğun formada düzgün dozalar seçilir. Tükün formasına, qalınlığına və dərinliyinə əsasən düzgün doza seçilir və sonradan yaranacaq problemlərin qarşısı öncədən alınır. Xanımlar da bundan çox məmnun olurlar. Əlbəttə hər bir xanım epilyasiyaya gedəndə arzulayır ki, tükləri rahat tökülsün, ağrı olmasın, dəri zədələnməsin və effektiv bir prosedur olsun. Çünki hər seansdan sonra interval uzanmalıdır. Və yavaş-yavaş aradan qalxmalıdır. Misal üçün müştərilərimiz olur ki, illərdir başqa yerlərdə olmasına baxmayaraq, bizim mərkəzlə tanışlıqdan sonra, özləri tam razılıqlarını bildirirlər. 3-5 ilə aldığı effekti biz burada 3-5 aya verə bilirik. Ən əsası aparat başlığının dəriyə toxunulmaması gigiyenik cəhətdən hər bir xanımı razı salır."
Müsahib: Dr. Cəmilə Novruzova
Müxbir: Sübhan İsmayılov
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 323 | Kateqoriya: Tibb Tarix: 13.12.2017, 18:51

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM