[Mama- Ginekoloq- Xəyalə Təhməzi] Uşaqlıq daxili spiralların orqanizmə nə kimi zərərləri var?



Sual: "Uşaqlıq daxili spiralların orqanizmə nə kimi zərərləri var?" Cavab: ""Uşaqlıq daxili spiral hamiləlikdən qorunma vasitəsi kimi hormonal vasitələrlə müqayisədə daha etibarlı, daha lazımlı, daha zərərsiz bir vasitə kimi götürülə bilər. Lakin qaydasında tətbiq edilməlidir. Qaydasında tətbiq dedikdə bunlar nəzərdə tutulur. Məsələn, spiral qoyulduqda qadının kiçik çanaq üzvlərində iltihabi proses olmamalıdır. İltihabi proses ola-ola spiral qoyularsa, təbii ki güclü ağrılar müşahidə olunur, iltihabi prosesin daha da kiçik çanağın daxili qatlarına yayılması kimi fəsadlarla üzləşmək mümkündür. Bu zaman qadında bunu daşımaq istəməmək, fiziki olaraq daşıya bilməmək problemi ola bilər. Bundan əlavə vaxtında və düzgün qoyulmadıqda spiralın ekspulsiyası fəsadı ola bilər. Ekspulsiya- spiralı bədənin atması, spiral yerini dəyişməsi bədəndən özü-özünə düşməsi deməkdir. Spiralın düşməsi, yerini dəyişməsi hamiləliyin qorunması yox, hamiləlik spiralı olduğu halda da baş verə bilir. Spiralı düzgün qaydada qoymayanda qanaxma ola bilər. Normalda da 2-3 ay müəyyən hallarda qanaxma ola bilər. Ancaq nəzarətdə saxlanılır və qanaxma keçib gedir. Keçib getmirsə, demək ki bədən bu spiralı götürmür. Belə halda spiralı xaric etməkdə fayda vardır. Qanaxma, iltihabi prosesin yayılması, spiralın yerini dəyişməsi, ekspulsiyası kimi fəsadlardan başqa spirala qoyulduqdan sonra düzgün qulluq olunmaması nəticəsində də fəsad yarana bilər. Spiral qoyulduqda bədəndə istər-istəməz aseptik iltihab yaranır. Bədənin daxilində yad cisim olduğu üçün iltihabi proses istər-istəməz aseptik olur. 2-3 aydan bir profilaktik iltihab əleyhi müalicələr götürülmədikdə o aseptik iltihab septik iltihaba keçə bilir. Artıq infeksiyalaşa bilir. Ona görə də spiral qpyulduqdan sonra baxmayaraq ki, hormonal olmadığı üçün ən əlverişli qorunma vasitəsidir amma daha çox özünə qulluq tələb edən bir vasitədir. Qadın spiral qoymağı düşünürsə mütləq özünü sevməlidir və vaxtında ginekoloq müayinəsindən keçməlidir və profilaktik tədbirlər görməlidir. Belə olan halda fəsadla üzləşilmir."
Müsahib: Xəyalə Təhməzi
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 1 464 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM