[Emil İmanov] İmplantasiyadan sonra diş əti əvvəlki formasında olurmu?



Sual: "İmplantasiyadan sonra diş əti əvvəlki formasında olurmu?" Cavab: İmplantasiyadan sonra diş ətinin tam təbii formaya qayıtması çox vacib şərtlərdəndir. Hansı halda vacibdir? Sırf estetik bölgə üçün bu çox vacib haldır. Arxa nahiyələrdə itirilən istənilən kiçik orqanımızı, diş ətimizi, sümüyümüzü, sümüyümüzün qalınlığını bərpa etmək çox da asan deyil. Diş çəkimindən qısa vaxt sonra diş ətrafında olan alvion sümüyü və diş əti çəkilməyə başlayır. Tibbi dildə atrofiya deyilir. Diş əti və diş sümüyünün çəkilməsi həmin nahiyənin hansı müddət boş qalmasından asılı olaraq davam edir. 3, 5, 6 ay olduqda 30 faizini itirir. İllərlə davam etdikdə isə çox böyük sümük ərimələrinə, sümük çəkilmələrinə səbəb olur. Sözsüz ki, həmin nahiyələrdə diş əti də çəkilmiş olur. Bu bizim pasiyentə hansı mərhələdə müdaxilə etməyimizdən asılıdır. Əgər diş çəkilən kimi dərhal müdaxilə olunursa, bizim təbii nəticə almaq ehtimalımız daha çox olur. Pasiyent çox uzun müddətdən sonra müraciət edib və ideal nəticə istəyirsə, bütün hallarda implantologiyada təbii nəticə əldə etmək olur. Sadəcə müdaxilələrimizin həcmi, maddi dəyəri və zamanı uzanır. Biz istənilən halda təbii estetik nəticəni əldə edə bilirik. Bunun üçün bizə problemə yanaşmaya görə müddət tələb olunur. Bəzən pasiyentlərimiz olur ki, arxa bölgələrə implant qoyulduqda pasiyent arxaya güzgü ilə baxan zaman yaxud arxaya xüsusi baxış edən zaman dibdəki fərqliliyi hiss edirlər, görürlər. Biz implant hazırlayarkən arxa bölgələrə daha çox təmizlənə bilən, yuyula bilən və pasiyent üçün funksional bir gigiyenik konstruksiya hazırlayırıq. Çünki arxa dişlərdə əsas məqsəd çeynəmə qabiliyyətinin yaxşı olmasıdır. Bəzən pasiyentlər orada formanın təbii dişlərinə baxanda çox cüzi fərqlənmələrini nəzərlərindən keçirirlər və həkimlərdən tələb edirlər ki, forması, ətin forması öz dişləri kimi olsun. Bu hallarda biz pasiyentlərimizə funksional konstruksiyalar tövsiyə edirik. Biz arxa bölgələrdə nə qədər estetikaya, görüntüyə fikir veririksə, bu bizim həm zamanımızı, həm konstruksiyanın dəyərini çox artırır. Arxa bölgələrdə böyük konstruksiyalar hazırlananda, tam təbii formaya yaxın konstruksiyalar hazırlananda təmizlənmə, gigiyena qaydaları çatma çətin olduğu üçün yaxşı həyata keçirilə bilmir. Ona görə biz arxa bölgələrə çox diqqət etmirik. Ön bölgələrdə görünmə zonasına düşdükdə, sözsüz ki, tam ideal təbii vəziyyəti əldə etməyə çalışırıq.
Müsahib: Emil İmanov
Müxbir: Günel İsmayılova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Sübhan İsmayılov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 393 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM