[Mama-Ginekoloq - Xəyalə Təhməzi] İlk abortdan sonra nə kimi ağırlaşmalar baş verə bilər?



Sual: "İlk hamiləlik abortundan sonra nə kimi ağırlaşmalar baş verə bilər? Sonsuzluqla nəticələnə bilərmi?" Cavab: "Çox maraqlı bir mövzudur. Ümumiyyətlə uşaqlıqdaxili manipulyasiyalar və abortun olması istənilən fəsadla nəticələnə bilər. Bu fəsadlara daxildir: İnfeksiyalaşma, uşaqlığın travması, hormonal pozğunluqların sonradan yaranması. Çünki hamiləlik istər-istəməz süni şəkildə qırılır və orqanizmdə çox ciddi hormonal disbalans yaranır. Hər bir orqanizm bu disbalansı aradan qaldırmaq iqtidarında olmur, müəyyən pozuntular gedə bilər. Bu da müxtəlif fəsadlarla və o cümlədən də, hamını narahat edə biləcək sonsuzluq probleminə də gətirib çıxara bilər. Təkcə hormonal problemlər deyil, uşaqlığın daxilində travmanın olması, endometrinin həddən artıq qaşınması nəticəsində funksional qatın zədələnməsinə görə də sonradan hamiləliyin baş verməməsi və ya hamiləliyin erkən dövrlərində düşüklərin baş verməsi kimi fəsadlara rast gəlinə bilər. Digər bir fəsad isə abortdan sonra infeksiya ilə fəsadlaşıbsa, həm uşaqlığın daxilində bitişmələr, həm borularda bitişmələrə səbəb ola bilər ki, sonradan boru faktoru ilə əlaqədar ən çox təsadüf olunan sonsuzluğa səbəb ola bilər. Bu baxımdan həm ilk hamiləliyi, həm də təkrar hamiləliyi abort etmək fəsad baxımından, sonsuzluğa səbəb olma baxımından hər iki halda bu müşahidə edilə bilər. Təbii ki biz məsləhət bilmərik ki, ilk hamiləliyi aborta götürülsün. Xanımlarımız daha çox özlərini siğortalamaq baxımından planlı şəkildə hamiləliyə getsələr daha məsləhətdir. İlk hamiləlik və ya təkrar hamiləliyin süni şəkildə pozulması dünyanın heç bir yerində tibbi göstəriş yoxdursa qəbul olunan bir hal hesab olunmur. Tibbi göstəriş olduğu halda həyati göstəriş baxımından olunmalıdır. Məsləhətdir ki professionallaşmış, ixtisaslaşmış tibb personalı müəssisələrində həyata keçirilsin. Belə halda qeyd etdiyimiz fəsadların qarşısı yarı faiz önlənmiş olur."
Müsahib: Xəyalə Təhməzi
Müxbir: Sevin Baxışova
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 824 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:28

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM