Hepatoloq- Tofiq Əkbərov:Hepatitə yoluxma yolları hansılardır?


Sual: "Hepatitə yoluxma yolları hansılardır?"
Cavab: "Hepatit B və C qan yolu ilə yoluxan xəstəliklərdir. Əsas qanda dövran ettiyinə görə, qan və qan bulaşmış yollarla yoluxur. Hepatit B və C-nin 3 yoluxma yolu mümkündür. Birincisi pernatal yoluxma, ikincisi seksual yoluxma, üçüncüsü isə, parentral yoluxmadır. Pernatal yoluxma hamilə qadınlarda dölün yoluxması və doğum əsnasında yoluxmadır. Pernatal yoluxma özü də 3 yerə ayrılır. Birincisi uşaq anasından hamiləlik dövründə ikincisi doğum əsnasında, üçüncüsü isə doğuşdan sonra yoluxa bilər. Ana bətnində yoluxma ən çox hemotegen yolla olur. Bu bütün xəstələrdə müşahidə olunmur. Çünki hamilə vaxtı hepatit B, C olan xanımlarda belə bir sual meydana çıxır: Hamiləlik dövründə məndə xəstəlik aşkar olunmamışdı, ancaq hazırda döldə bu xəstəlik yoxdur. Bu da bir anlaşmazlıqdır. Yoluxmamağı müsbət cəhətdir, ancaq yoluxma riski var. Çünki bunun yoluxması üçün ana bətnində virus sayının yüksək olması olmalıdır. Hamilə qadınlarda digər xəstəliklər olduqda, E antigeni müsbət olanlarda, bu xəstələrə yoluxma riski 60-70%-dir. Bu saydıqlarım yoxdursa, ana bətninidə yoluxma riski çox azdır. İkinci yoluxma riski doğum əsnasında olan riskdir. Bu zaman əsasən, ana qanı və dölyanı mayelər vasitəsi ilə olur. Üçüncü yoluxma isə doğuşdan sonra bəsləmə dövrünə aiddir. Anada hepatit varsa, virus sayı yüksəkdirsə, ana öz uşağının dodağından öpürsə uşağı yoluxdura bilər. Süd vəzisində potologiya varsa, qanamalar varsa uşağın selik qışasında, ağzında zədələnmələr varsa yoluxdura bilər. İkinci yoluxma palentral yoluxmadır. Palentral yoluxmadır qanla yoluxmadır. Bu əsasən, tibb işçilərində müşahidə olunur. Burada söhbət qan və qan bulaşmış vsitələrin istifadəsindən gedir. Həm həkimlərin tibb personalı, həm də, xəstələri yoluxdurma sayılır. Bu ən riskli yoluxmadır, çünki burada yoluxma riski olduqca yüksəkdir. Bu diş həkimlərində, tibb bacılarında, cərrahlarda müşahidə olunur. Məsələn, həkim hepatitli bir xəstəni əməliyyat edərkən istifadə ettiyi alətin öz əlini kəsməsi nəticəsində yoluxa bilər. Bu yoluxma ən çox narkomanlarda müşahidə olunur. Narkoman insanın istifadə etdiyi iynədən, şprizdən başqasının istifadəsi ilə mümkündür. Qadınlarda ən çox rast gəlinən pedikür-manikür yolu ilə də yoluxa bilər. Cinsi yolla yoluxma isə qadınlarda kişiləri daha çox yoluxdurma mümkündür. Çünki qadının cinsi hormonunda patologiya daha çox olduğundan ço yoluxdurur, öpüş yolu ilə də, yoluxdurma olur. Hepatit B, C-li xəstə ilə ailədə yaşamaq o qədər də, qorxulu deyil, yoluxma şansı aşağıdır. Lakin hepatitli xəstə gigiyenik qaydalara əməl etməlidir. Yaş öpüş xəstənin yoluxmasına səbəb ola bilər."
Müsahib: Tofiq Əkbərov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 664 | Kateqoriya: Tibb Tarix: 11.12.2017, 20:10

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM