Daim əl-ayağı soyuq olanların diqqətinə


Yetərincə qalın geyinməyinizə baxmayaraq əl-ayağınız yenə üşüyür? Bu bəzi xəstəliklərin simptomu ola bilər. OTV olaraq bu məsələ ilə bağlı terapevt Dr. Şəhla Abbasovaya müraciət etdik.

“Xolesterin yüksək olanda, şəkər xəstələrində, anemiya, reyno, qan azlığı, sinir xəstəliklərinin və bir çox xəstəliklərin simptomlarıdır” deyərək Şəhla həkim mövzunu şərh etdi. Həkim həm də onu qeyd etdi ki, “sadalanan xəstəliklər vaxtında müalicə olunmalıdır ki, daha böyük problemlərə yol açmasın. Odur ki, siz də özünüzdə bu cür hallar hiss edirsinizsə mütləq həkimə müraciət edin”.




Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 593 | Kateqoriya: Tibb Tarix: 14.12.2017, 16:01

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM