[Emil İmanov] İmplant seçimində nələrə diqqət edilməlidir?



Sual: "İmplant seçimində nələrə diqqət edilməlidir?" Cavab: Mən inanmıram ki, pasiyetlərin 1, 3 faizindən çoxu implant seçimində diqqət olunmalı məqamları internetdən yaxud, kənardan topluyub çox dəqiq məlumat əldə etsinlər.Çünki, bu sırf həkimlərə aid sahə olduğu üçün, inkişaf sahəsi çox sürətlə dəyişdiyi üçün implant dizaynları çox sürətli dəyişir, implantüstü birləşmələr çox sürətlə dəyişir və buarada elmi araşdırmaların nəticələri çox sürətlə dəyişir. Həkim ol-ola bu sürəti izləmək bizim üçün çətinlik yaradır. Biz bir neçə məqalələr, jurnallar oxuyaraq, stomatologiyaya aid xüsusi elmi saytlar izləyərək yeni araşdırmaların nəticələrinə görə yenilikləri bilməyə çalışırıq. Sözsüz ki, pasiyentlər bunu ciddi şəkildə tam əminliklə bilə bilməzlər. Bu pasiyentlər üçün də çətin sahədir. 15-20 il bundan əvvələ kimi təkcə istehsalçı ölkə onun məhsulunun tam keyfiyyətli olmasına kifayət edirdi. İndi isə bir çox markalar istehsal yerlərini dəyişirlər. Məsələn, Alman istehsalı bir şey digər bir ölkədə istehsal olunur və yaxud, başqa bir ölkədə istehsal olunan bir şey Almaniyada qablaşdırılır və “Made in Germany” yəni, Alman istehsalı olduğu yazılır. Ona görə burada yalnız etibar etdiyiniz həkim olmalıdır. Yalnız həkim həmin implantın keyfiyyətli olduğunu, son araşdırmaların nəticələrinə uyğun olduğunu bilə bilər. Sözsüz ki, yeni dəyişiklikləri öz üzərində çalışan həkimlər bilirlər Pasiyent isə yalnız çaşqınlıqlar yaşaya bilər. Əksər hallarda pasiyentlər həkimdən öz tanışlarına, qohumlarına olunan implantlar istəyirlər. Məsələn, mənim qohumuma bu marka olunmuşdu, mən də o marka olsun istəyirəm. Çünki, o artıq olunub və onda heç bir problem yaranmayıb. Əslində bu doğru bir şey deyil. Bəlkə də onun qohumu, tanışı 5, 6, 8 il əvvəl əməliyyat olunub və innovasiya sürətli dəyişir. Necə ki ,10 il əvvəlki maşın sürən bir tanışınız var və sizdə deyirsiniz ki, 10 il əvvəlki maşın yaxşıdı, mən də onu istəyirəm. Bu innovasiya bütün sahələrdə sürətli inkişaf edir. İmplantasiyada da eynilə elədir. İmplant markaları da dəyişir, firmalar da təkminləşir, yeni dizaynlar çıxır. Yeniliklər çıxdıqca seçimlər həkim bilgilərinə görə dəyişə bilir. Yalnız həkimə etibar etmək olar. Pasiyentlərə etibar etdikləri həkimə getmələrini tövsiyə edirəm. Başqa yol olmadığı üçün seçimi də həkimə etibar etməlidirlər.
Müsahib: Emil İmanov
Müxbir: Günel İsmayılova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Sübhan İsmayılov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 52 | Kateqoriya: Tibb Tarix: 28-11-2017, 20:26

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM