Plastik Cərrah- Rəşad Abışov: Burun əməliyyatlarında fəsadların baş verməsi


Sual: "Burun əməliyyatlarında fəsadların baş verməsi nə ilə əlaqədardır?"
Cavab: "Burun əməliyyatlarında bir çox fəsadlar baş verir. Estetik əməliyyatlardan sonra suallar meydana çıxır. Burunda niyə əyriliklər yarandı? Burundan niyə su gəlir?, Burundan niyə çirk gəlir?, Burun sümükləri çöküb, burunda deformasiyalar əmələ gəlib və.s Səbəblərini araşdıraq. Birincisi, səbəblərin 50%i həkimin işi ilə bağlıdır, ikinci 50% isə pasientin qorunma məsələləri ilə bağlıdır. Əməliyyatı etməmişdən öncə pasienti müayinə etmək lazımdır. Gördüyünüz bu pasient iki il öncə burun əməliyyatı keçirmişdir. Pasientin əməliyyatdan öncə ətraflı müayinəsi nə üçün lazımdır. Çünki burun əməliyyatına qonşu olan digər orqanlarda olan fəsadlar həmin əməliyyatın nəticəsini korlaya bilər. Qonşu orqanlar dedikdə nəzərdə tutulur, burun boşluğu ilə əlaqədar olan orqanlar: Frontal ciblər- havalı borulu sinuslardır və iltihabi proses ola bilər. Haymor cibləri - mağaralı cibləri, içəridə xəlbir sümüyünün cibləri və burun boşluğunun öz içərisindəki problemlər. Bütün bu problemlər aydınlaşdırılıb diaqnoz qoyulmadan pasient əməliyyat olunursa, sonradan fəsadlar baş verir. Bu fəsadların baş verməməsi üçün mütləq şəkildə haymor boşluğunun rentgenoqramması və ya kompyuter tomoqqramması olunmalıdır, və burun boşluğunun endoskopiyası olunmalıdır. Bu analizlər bizim diaqnozumuzu dəqiqləşdirir. Beləliklə, xəstədə hansı problemin olmasını aşkar edirik. Daha sonra pasientin fotoşəkilləri çəkilir və onların üzərində kompyuterdə modelləşmə aparılır. Bunun səbəbi üzə yaraşan burunu hazırlamaqdır. Bununla burunun pasientə necə yaraşa biləcəyi dəqiqləşir. Dərzi parçanın üzərində ölç-biç işləri aparırsa, biz də kompyuterdə modelləşməni təyin edirik ki, əməliyyatdan sonrakı nəticəni yaxşı nəticə hesab edə bilək. Çünki, ola bilər ki, pasientin istədiyi bir burun nəticədə ona yaraşmasın. Həm də, bizim düzəltdiyimiz burun pasientin xoşuna gəlməyə bilər. Bu məsələdə anlaşılmazlıq olmasın deyə, fotomodelləşmə aparılır və pasientlə məsləhətləşmə aparılır, nəyin xoşuna gəlib-gəlməməsi dəqiqləşir. Bu zaman əməliyyatdan effektli və gözəl nəticə almaq olar. Göstərdiyimiz pasientdə bütün bu proseslər aparılmışdır, diaqnoz qoyulub. Diaqnozda çəpər əyriliyidirmi, adenoid varmı, selikli qişa iltihabı varmı, allergik proseslər varmı, haymor boşluqları təmizdirmi, kista varmı, iltihabi proses varmı və.s -bütün bu sualların cavabını almadan həkim əməliyyata girməməlidir. Girərsə gələcəkdə müəyyən fəsadlar olacaq. Əgər bunlar aradan qaldırılmışsa, bütün suallara cavab verilmişsə, biz 50% zəmanəti əldə etmiş oluruq. İkinci bir məsələ əməliyyat zamanı olan səhvlərdir. Sapların keyfiyyətsizliyi, cərrahın təcrübəsizliyi və.s rol oynayır. Üçüncü məsələ də, pasient tərəfindən olan qorumalardır. Əməliyyatdan sonra həkimin tapşırdığı prosedurlara diqqətlə əməl olunmalıdır. Bunlara əməl etməyəndə bir çox fəsadlar baş verir. Travmaların olması, xəstənin özünü soyuğa verməsi, burun damcılarının deyilən vaxtdan gec tökülməsi və s. fəsadlar əmələ gətirir. Ona görə də, pasient həkimin tapşırıqlarına ciddi şəkildə əməl etməlidir ki, gələcəkdə fəsadlar baş verməsin."
Müsahib: Rəşad Abışov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 637 | Kateqoriya: Tibb Tarix: 11.12.2017, 18:59

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM