Plastik Cərrah- Rəşad Abışov: Burun əməliyyatı nə qədər vaxt aparır?


Sual: "Burun əməliyyatı nə qədər vaxt aparır və xəstəxanada qalmaq vacibdirmi?"
Cavab: "Ümumiyyətlə belə əməliyyatlarda vaxt məhdudiyyəti nisbi olmalıdır. Çünki bizdə əsas əməliyyatın estetik keyfiyyətli iş görülməsinə fikir verilir, müddət vacib rol oynamır. Orta hesabla bir saat yarım- iki saatlıq əməliyyat sayılır. Lakin əməliyyatı tez bitirmək fəxr ediləsi bir şey deyil. Çünki əsas işin keyfiyyəti və nəticəsidir. Ona görə də, professional cərrahlar belə şeylərə böyük önəm vermirlər. Bu müddət əməliyyatın xüsusiyyətindən də asılıdır. Adi rinoplastika əməliyyatıdırsa,bir saat yarım - iki saat çəkə bilər. Amma qığırdaq köçürməsi ilə aorta transplantasiyası ilə aparılan rinoplastikalarda isə əməliyyat 3 saat çəkə bilər. Ona görə də, əməliyyatın xüsusiyyəti onun vaxtına təsir edə bilər. Xəstənin xəstəxanada qalmaq müddətinə gəldikdə isə, çox vaxt xəstəni əməliyyatdan sonra tez evə buraxırlar. Lakin mən şəxsən bunun əleyhinəyəm. Əməliyyat ümumi anasteziya ilə- narkoz ilə aparılıbsa, həmin dərmanların orqanizmdən çıxması üçün ən azından bir sutka vaxt lazımdır. Həmin müddətdə xəstəni evə tez yazırıqsa, ola bilər ki, yolda, evdə təzyiqi düşə bilər,qanaxma ola bilər, müxtəlif fəsadlar baş verə bilər. Belə hadisələr də rast gəlinir ki, pasienti əməliyyatdan sonra evə yazırlar və pasient yenidən təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya gətirilir. 10 pasientdən 2si gecə yenidən qayıdır. Buna görə də, xəstənin bir sutka qalması mütləqdir. Belə olan halda, xəstə həm diqqət və qayğı görməlidir, həm də, xəstədə yarana biləcək qıcıqların qarşısını almaq mümkündür. Çünki evdə xəstəxanada olan şərait yaratmaq mümkün olmur, hər hansı bir səs, və.s xəstəyə qıcıq verir. Çünki əməliyyatdan sonra xəstələrdə həssaslıq yüksəlir, nevroz halları baş verir, hər bir qıcıq onlara pis təsir edir. Bunları ev sahibi nəzərə ala bilmir. Xəstə səhəri gün hər şey qaydasındadırsa, evə gedə bilər. Xəstənin ümumi vəziyyəti və əməliyyatın ağırlıq dərəcəsini nəzərə alsaq, xəstə yenə də özünü tam normal hiss etmirsə 3 gün hətta 1 həftə də, xəstəxanada qala bilər."
Müsahib: Rəşad Abışov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 770 | Kateqoriya: Tibb Tarix: 11.12.2017, 18:50

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM