Plastik Cərrah- Rəşad Abışov: Davamlı istifadə edilən dərmanların təsiri ola bilərmi?


Sual: "Davamlı olaraq istifadə edilən dərmanların əməliyyata təsiri ola bilərmi?"
Cavab: "Bəli, ola bilər. Səbəb odur ki, uzun sürən xəstəliklər zamanı və ya sistem xəstəlikləri zamanı insanlara müəyyən həkimlər tərəfindən dərmanlar təyin olunur. Uzun müddət təyin olunan dərman orqanizmdə bir sıra dəyişikliklər verir. Məsələn, qan xəstəliyi ola bilər. Belə xəstələr dərman qəbul edir. Bundan başqa kardioloji xəstəliklər də, buna misaldır. Belə xəstələr əməliyyatdan sonra qanın durulaşdırılması üçün dərmanlar qəbul edirsə əməliyyat zamanı qanaxma riski ola bilər və ya başqa problemlər yarana bilər. Bunların aradan qaldırılması üçün pasient hansı dərmanları istifadə ettiyini həkiminə bildirməlidir. Çünki bəzən xəstələr bunu gizlədirlər. Bu da, əməliyyat zamanı böyük fəsadlara gətirib çıxarır. Həkim tərəfindən isə bunları araşdırmaq lazımdır. Həm ümumi laborator analizlər vasitəsi ilə, həm də, pasientin anamnezi ilə xəstələrin hansı xəstəlikləri var, nədən əməliyyat olunub, nədən əziyyət çəkir, hansı preparatları qəbul edir, həmin preparatların təsiri və baş verən fəsadlar araşdırılmalıdır. Hətta əməliyyatdan öncə pasientin keçmiş müalicə həkimləri ilə əlaqə saxlanılır. Həmin həkimlərin kansiliumu təşkil olunmalıdır. Əvvəllər bu proses daha yaxşı aparılırdı. İndi zaman biz həkimlərə problem yaradır, buna görə də, telefon əlaqəsi ilə həmin həkimlərlə əlaqə saxlamaq lazımdır ki, bizim əməliyyatımızın onun yazdığı müalicəyə fəsadı ola bilərmi. Fəsad varsa nələr olunmalıdır. Biz öz praktikamızda, məsələn, kardioloji xəstənin əməliyyatı üçün mütləq onun həkimindən məsləhət alırıq. Onun içdiyi dərmanları öz həkimi ilə məsləhətləşirik. Həkim deyir ki, müəyyən dərmanları 3 gün qəbul etməsin, onun əvəzinə başqa dərmanları qəbul etsin, əməliyyatdan sonra yenə onları davam edə bilər. Və ya şəkəri olan bir pasient müraciət edir. Şəkəri olan xəstədirsə, mütləq endokrinoloqu ilə məsləhətləşmək lazımdır. Normada şəkərin gündəlik iş rejimi üçün istifadə olunan preparatdırsa, cərrahi əməliyyata girən xəstə üçün norma dəyişməlidir. Bu zaman endokrinoloq dərmanın dozasını artırır ki, əməliyyatdan sonra fəsadlar baş verməsin. Xəstə şəkərə aid olan dərmanları qəbul edir, onun fonunda analizləri yoxlayırıq, görürük ki, şəkərin miqdarı stabilləşib, cərrahi əməliyyat üçün heç bir əks göstəriş yoxdur. Bundan sonra əməliyyatı rahat şəkildə edirik, əməliyyatdan sonra təkrar endokrinoloqun baxışı keçirilir və preparatların dozası əvvəlki vəziyyətinə qaytarılır. Bütün bunlara riayət etməyəndə, böyük fəsadlar baş verir. Xəstənin digər problemləri yoxlanmazsa, hətta ölüm hallarına da, gətirib çıxara bilər. Anamnezin toplanmasında bir sıra problemlərimiz var. Ən əsas həkim diqqətli olmalıdır və anamnezi toplamalıdır. İkinci səbəb də pasientlərin problemlərini gizləməsidir, hətta biz soruşsaq belə, pasient müəyyən səbəblərdən gizləyir. Praktikamda belə hadisələr çox olub. Biz anamnezi yoxlamışıq lakin xanım fizioloji olaraq keçirdiyi tsıklı gizləyib ki, hazırda həmin tsıkl dövründədir. Həmin dövrdə də, orqanizm o vəziyyətdə olur ki, toxumaların hamısı öz elastikliyini itirir, həm də, hər bir toxumanın istənilən yerindən qanaxmalar verir. Əməliyyat nəticəsində qanaxmanın, qan sızmanın çox olması əməliyyatın gələcək nəticəsinə çox böyük ziyan verir, çoxlu qanaxma olur, şişkinlik olur və gələcək estetik əməliyyatın nəticəsi üçün müəyyən problemlər yaradır. Biz isə bunu sonradan bilmişik. Xanımdan bunun soruşanda o əməliyyatı təxirə salacağımızı bildiyini deyir. Nəticədə həmin xanım 1 ildən sonra yenidən əməliyyata məcbur qalıb, çünki artıq fəsad qalmışdı, şişkinlik tam çəkilməmişdi və istənilən nəticəni əldə edə bilməmişdik. Buna görə də, pasientlər həkimə öz xəstəlikləri barədə lazım olan olan hər şeyi məlumat verməlidir. Lakin bunun məxfiliyi də, saxlanmalıdır. Pasient bundan narahat ola bilər. Amma bu həkimin sirridir, o xəstənin problemlərini başqa insanlara bildirməməlidir."
Müsahib: Rəşad Abışov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 695 | Kateqoriya: Tibb Tarix: 11.12.2017, 18:45

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM