Üz - Çənə və Plastik Cərrah: Burun əməliyyatı üçün müəyyən bir yaş həddi varmı?


Sual: "Burun əməliyyatı üçün müəyyən bir yaş həddi varmı?"
Cavab: "Bütün əməliyyatlarda olduğu kimi burun əməliyyatlarında da, yaş həddi mövcuddur. Xanımlar üçün yaş həddi 17 yaş, kişilər üçün isə 18 yaş nəzərdə tutulur. Hər bir orqanizmin özünəməxsus xüsusiyyətləri var. Bəzən elə olur ki, 18-20 yaşındakı xanımların sümükləri və qığırdaqları zəif inkişaf etdiyi üçün bəzən o yaş həddi də nisbi sayılır. Ona görə də yaş həddini miqdarı ilə deyil həm də fizioloji xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Estetik əməliyyatlar üçün yaş həddi 17-18 yaş həddindədir, amma erkən dövrdən müraciət edəndə estetik üçün deyil, funksional nöqteyi nəzərdən, yəni burun tənəffüsünün pozulması ilə əlaqədardırsa, bu zaman biz fizioloji prosesi aradan qaldırmaq üçün əməliyyat edə bilərik. Burada nisbilik rol oynayır. Estetik əməliyyat üçün dediyimiz yaş həddi mütləqdir. Bunu mütləq nəzərə almaq lazımdır. Çünki qığırdaq və sümük toxumaları inkişaf edib formalaşmalıdır ki, effekt əldə edə bilək. Bəzən də o yaşdan aşağı yaşlarda da, müraciət edirlər. Bu yaş həddi 12-13 yaş təşkil edir. Bu estetik əməliyyat deyil, funksional pozğunluğu aradan qaldırmaq üçün nəzərdə tutulub. Bu köhnə Sovetlər dövründə olan ənənə idi ki, uşaq 16-17 yaşına kimi gözləməli idi. Bu da o demək idi ki 6-7 il uşaq burunla nəfəs almamalı idi və gözləməli idi. Bu isə gələcəkdə diş-çənə və üst çənə sisteminin anomaliyalarına gətirib çıxarırdı. Burun tənəffüsünün bərpasınə erkən yaşlarda da, mümkündür. Lakin bu estetik nəzərdə tutulmur, ancaq nəfəsalmanın keçməsi üçün genişləndiririk. 16 yaşa qədər olan uşaqlarda ancaq estetik yox, funksional olaraq əməliyyat aparmaq olar. Estetik əməliyyat işə qızlarda 17 yaş, oğlanlarda isə 18 yaş nəzərdə tutulur."
Müsahib: Rəşad Abışov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 789 | Kateqoriya: Tibb Tarix: 11.12.2017, 18:41

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM