[İmplantoloq - Emil Imanov] Diş implantasiyasının mənfi fəsadları ola bilərmi?


Sual: "Diş implantasiyasının mənfi fəsadları ola bilərmi?" Cavab: Digər sahələrdə və digər müdaxilələrdə olduğu kimi, sözsüz ki, bizim sahədə də implantasiyalarda da ağırlaşmalar ola bilər. Tibdə ağırlaşma qaçılmaz bir haldır. İmplantasiyada müsbət xüsusiyyət ondan ibarətdir ki, bu ağırlaşma çox böyük fəsadlara gətirib çıxarmır. Sözsüz ki, ağırlaşmanın da hansı həddə gətirib çıxarmağının çox böyük rolu var. Mən uzun müddət cərrahiyyədə işləmişəm. Orada bizim diş ağrısından, diş problemindən üz elə bir həddə şişən xəstələr olurdu ki, biz pasiyentləri 15 gün xəstəxanada yatırmalı olurduq. Bu pasiyentin səhlənkarlığından irəli gələn bir haldır. Bu diş problemindən olurdu. Bu günə kimi implantda elə bir hallar, elə bir fəsadlar olmayıb ki, insan xəstəxana şəraitində olsun. İlk implantasiya dövrlərində implantda ən böyük ağırlaşmalar qısa müddət ərzində implantın sümüyü tutmaması, sümüklə birləşməməsi və birləşmədiyi halda implantın özünün sümükdən kənara çıxması ola bilər. Heç bir fəsad vermədən pasiyent özü hiss edir ki, implant oynuyur, laxlayır və artıq tam yerindən tərpənir. Çox rahatlıqla pinsetlə belə onu yerindən götürmək olar. Son illərdə ağırlaşma faizi demək olar ki, 1000-də birə düşüb. Bu faiz çox azdır. Müddətlər keçdikcə, illər keçdikcə hər hansı qulluq qaydalarının düzgün olunmamasından, konstruksiyanın düzgün seçilməməsindən, müxtəlif səbəblərdən və yaxud kiçik bir problem yarandığı zaman pasiyentin həkimə getməməsi səbəbindən implant ətrafında sümük itkisinin yarana bilməsi ola bilir. Bu qaydalar artıq yeni üsullarla bərpa oluna bilir. Kiçik sümük qüsurları, sümük çəkilmələri çox böyük həddə deyilsə, sümük əvəzedici maddələrlə oranın təmizlənməsi və sümük əvəzedici maddələrlə bərpa olunması aparıla bilir. Ən pis halda isə implant yerindən çıxarılıb, yeni implantla əvəz olunur. Bu da, sözsüz ki, uzun illər sonra ola bilir. İmplantda başqa ciddi, qeyri-adi fəsadlar olmur. Əməliyyat zamanı həkimin təcrübəsizliyindən səhvlər olur. Artıq həkimlərdə öz üzərlərində çalışdıqları üçün bu tipli fəsadlarda çox deyil. Sözsüz ki, təcrübəsizlikdən bir çox fəsadlar ola bilir. Mütəxəssis həkimlərə müraciət olunduqda, hər şey düzgün planlaşdırıldıqda, düzgün həyata keçirildikdə belə bir ağırlaşmalar rastlanılmır. Ağırlaşma faizi ildən ilə keçdikcə həddindən çox azalır. Məsələn 20, 30 il əvvəl tibdə görülən ümumi ağırlaşmalar bu illərdə onlarla dəfə azalıb.
Müsahib: Emil İmanov
Müxbir: Günel İsmayılova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Sübhan İsmayılov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 427 | Kateqoriya: Tibb Tarix: 29.11.2017, 21:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM