[Emil İmanov] Vinir nədir və bu zaman dişlər zərər görürmü?


Sual: "Vinir nədir və bu zaman dişlər zərər görürmü?" Cavab: Vinir estetik stomatologiyada istifadə olunur. Vinir dişlərin formasını, rəngini dəyişmək üçün istifadə olunan vasitədir, materialdır. Vinirləmə nə vaxt, harada, necə həyata keçirilir və buna tələbat nədən yaranıb? Vinir dişin üzərinə qoyulan çox nazik üzlük təbəqədir. Dişin forması pasiyentin xoşuna gəlmədikdə, dişin forması düzgün olmadıqda, müəyyən kiçik əyriliklər olduqda, diş səthində rənglər fərqli olduqda, diş çox tünd rəngdə olduqda, dişlər inkişafdan qaldıqda, ölçüsü kiçik olduqda vinirlərdən istifadə olunur. Dünyada aktyorlarda, aktrisalarda, müğənnilərdə gördüyünüz dişlərin böyük əksəriyyəti vinirlərdir. Onların təbii dişləri, sözsüz ki, o qədər gözəl ola bilməz. Bu estetik forma vinirlərlə bərpa olunur. Buna tələb nədən yaranıb? Bu işləm zamanı əsas tələb dişlərin az zədələnməsi olur. Bəzən elə hallar olur ki, biz diş minasına ümumiyyətlə toxunmuruq. Tamamilə nazik təbəqə belə götürmürük. Digər bütün kostruksiyalardan fərqli olaraq vinirlərdə diş minasının zədələnməsi ən minimal həddədir. Hazırda bizim işlərimiz var ki, o işlərdə vinirin nazikliyi 0,2 mm nazikliyində olur. Bu nazikliyə gəlib çıxması o deməkdir ki, biz 0,2 mm həddə artıq heç bir zədələnmə etmədən, dişin ölçüsü qabağa çıxmadan, yerini dəyişmədən həyata keçirə bilirik. Sözsüz ki, 0,2 mm nəzərə çarpan məsafə deyil. Vinirlərdə bu nazikliyin əldə olunması diş zədələnməsinin minimallaşdırılması deməkdir. Dişlərin estetik bərpası üçün ən ideal seçim vinirləmələrdir. Çünki, diş minası heç bir zədə görmür, diş ətinə əlavə müdaxilə olunmur, diş ətrafına əlavə travmalar çox olunmur. Sözsüz ki, diş ətinə müdaxilələr oluna bilir. Bəzən biz diş ətində bərabərləşmə həyata keçiririk. Diş çox qısa olduqda dişin uzadılmasını həyata keçiririk. Gülümsəmədə təkcə dişlərin deyil, diş ətlərinin də sərhədlərini düzəldirik. Dişlər yonulmadığı üçün və çox az yonulduğu üçün vinirlərin zərərgörmə ehtimalı çox aşağıdır. Müsahib: Emil İmanov Müxbir: Günel İsmayılova Operator, montaj: Röyal Bədəlov Prodüsser: Sübhan İsmayılov Redaktor: Vaqif Hüseynov OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 500 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:19

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM