Hindistanda anormal bir qüsurla dünyaya gələn uşaq


Hindistan yenə də həkimləri təəccübləndirməyə davam edir. OTV xəbər verir ki, Hindistanın şərqində yerləşən dövlət xəstəxanalarının birində həkimlərin heyətinə səbəb olan bir doğum qeydə alınmışdır. 23 yaşlı Muskura Bibi adlı xanım çox nadir görülən “Dəniz qızı” görkəmində bir uşaq dünyaya gətirmişdir. Həkimlər körpənin cinsiyyətini müəyyən edə bilməmişdir və uşaq doğulandan 4 saat sonra dünyasını dəyişmişdir.
Xatırladaq ki, ana maddi sıxıntılar səbəbindən hamiləlik ərzində həkim kontrolundan keçə bilmədiyindən bu haldan doğuş əsnasında xəbərdar olmuşdur.
Həkimlər isə bu xəstəliyi “Dəniz qızı sindromu” adlandırır və qeyd edirlər ki, bu hal hər 60.000 doğumdan birində görülə bilər. Onlar həmçinin vurğulayır ki, analar hamiləlik əsnasında düzgün qidalanmadıqda və qan dövranı pozuqluğu yaşadıqda bu tip hallar baş verə bilər.

Mənbə: Daily Mail
Tərcümə etdi: Tahirə Mirzəyeva

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 193 | Kateqoriya: Tibb / Dünya / Hadisə Tarix: 09.12.2017, 18:51

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM