Birləşmiş Ştatlarda uşaqlıq transplatiyası ilə doğulan ilk körpə


Baylor Universiteti Tibb Mərkəzinin verdiyi məlumata əsasən, Texasda ilk dəfə olaraq uşaqlıq transplatiyası ilə körpə dünyaya gəlib. OTV xəbər verir ki, uşaqlıq transplatiyasını ilk dəfə olaraq həyata keçirən Giuliano Testan bu doğuşu “dönüş nöqtəsi” və “heç vaxt ana ola bilməyəcək bir qadının ümid və xoşbəxtlik anı” kimi təsvir etmişdir. Kliniki sınaq sağlam uşaqlığı olmayan qadınlar üçün yeni müalicə seçimləri təklif edir. Transplatiyasiya əməliyyatı uşaqlıq orqanı olmadan doğulan, uşaqlığını itirən və uşaqlığı düzgün şəkildə işləməyən qadınlar üçün nəzərdə tutulmuşdur. Nəzərinizə çatdıraq ki, 36 yaşlı anaya uşaqlıq 61 yaşlı donordan köçürülmüşdür. Bununla belə, uşaqlıq orqanı daimi olaraq nəzərdə tutulmamışdır, belə ki, 1-ci və ya 2-ci hamiləlikdən sonra köçürülən uşaqlıq çıxarılmalıdır.

Mənbə:CNN News
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 251 | Kateqoriya: Tibb / Dünya Tarix: 08.12.2017, 16:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM