[Emil İmanov] Vinirlərin hazırlanması nə qədər müddətə başa gəlir?


Sual: "Vinirlərin hazırlanması nə qədər müddətə başa gəlir və ömrü nə qədərdir?" Cavab: Vinirlərin hazırlanma müddəti problemlərdən asılı olaraq dəyişir. Biz diş ətinə müdaxilə etmiriksə, qısa müddətə 2 həftə ərzində işi bitirə bilirik. Sözsüz ki, iş bəzən 3 həftəyə qədər uzana bilir. Rəng, forma dəyişikliyi edəndə, dişlərin hazırlanma, yoxlama mərhələlərində müəyyən dəyişikliklər etmək məcburiyyətində olanda müddət 20 günə qədər uzana bilir. Təcili hallar olanda, məsələn, xaricdən pasiyentlərimiz olanda 1 həftə, 10 gün müddətinə işi təhvil verdiyimiz hallar olur. Biz işə nə qədər çox zaman ayıra biliriksə, pasiyentə bir o qədər daha keykiyyətli iş verə bilirik. Diş ətində işlər görülürsə, bu müddət hardasa ay yarım, 2 aya kimi uzana bilir. Bizdə bəzi pasiyentlər olub ki, diş ətlərinə müdaxilələr etmişik, bütün ağız boşluğunda dişlərin hamısını bərpa etmək məcburiyyətində olduğumuz hallarda müvəqqəti dişlər hazırlamışıq, gicgah-çənə oynağının vəziyyətini, dişlərin məsafəsini qaldırmışıq. Müəyyən dəyişikliklər etdiyimiz hallarda biraz müddəti uzadırıq. Çünki, ağız boşluğunun gicgah-çənə oynağına uyğunlaşmasını gözləyirik. Pasiyentin uyğunlaşma müddəti tam bitdikdən sonra pasiyentə yeni konstruksiyalar, yeni vinirlər hazırlanır. Belə hallarda, mürəkkəb problemlər olduğu hallarda, bütün ağız boşluğunda tam dəyişikliklər etdiyimiz hallarda 2, 3 aya qədər çəkə bilir. Kiçik müdaxilələr edəndə 10 gündən 20 günə qədər işi bitiririk. Sözsüz ki, vinirlər çox uzun ömürlüdür. Burada da gigiyenik qaydalara əməl etməliyik. Viniri dişə yapışdırmaq üçün istifadə edilən kompazit sement materialları o qədər inkişaf həddinə gəlib çıxmışdır ki, onlar bir strukltura gətirir. Yəni, vinirlə dişin sturukturunu demək olar ki, birləşdirilmiş bir struktura gətirir. Bu hallarda nə qədər tam struktur olsa belə, diş əti problemlərinin olmaması üçün gigiyenaya riayət etmək, vaxtında həkim müayinələrindən keçmək lazımdır. Bir neçə ildən sonra mikro sızıntı olduğu hallarda belə, o problemi qısa vaxtda kiçik üsullarla aradan qaldırmaq olur. Vinirlər uzun ömürlüdür. Müsahib: Emil İmanov Müxbir: Günel İsmayılova Operator, montaj: Röyal Bədəlov Prodüsser: Sübhan İsmayılov Redaktor: Vaqif Hüseynov OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 300 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM