[İmplantoloq Emil İmanov] Diş implantasiyasının üstün cəhətləri hansılardır?



Sual: "Diş implantasiyasının üstün cəhətləri hansılardır?" Cavab: İmplant artıq 50-60 ilə yaxındır ki, dünyada aktiv şəkildə istifadə olunur. Bu istifadənin əsas səbəbi onun yararlılığından ibarətdir. Ən vacib yararlılığı ondan ibarətdir ki, qonşu dişlər zədələnmir. Biz bir diş əksikliyində mütləq şəkildə o dişi bərpa etməliyik. Stomatologiyada bərpa etmək üçün hansı üsullar var? Körpünün hazırlanması, körpü hazırlayarkən qonşu dişlərin zədələnməsi, yonulması və bu yonulma nə qədər az olsa da, nə qədər düzgün şəkildə aparılsa da, yenə diş minası zərər görmüş olur. Həmin nahiyəyə implant qoyularsa, diş minası zərər görmədən, heç bir dişə toxunulmadan iş görülür. Bu da implantın ən böyük yararlılığıdır, ən böyük üstün cəhətidir. Zərər görmədiyi hallarda dişlər hər biri fərdi şəkildə öz ömrünü başa vurmuş olur. İmplantların başqa üstün cəhəti də tam dişsiz çənələrdə, hissəvi dişsiz çənələrdə protez istifadə etmədən çıxmayan konstruksiya əldə etməkdir. Hissəvi dişsizliklər çənənin bir hissəsinin və ya iki hissəsinin bəzi dişlərinin olması yaxud, dişlərin bir hissəsinin olmamasıdır. Bu hallarda da protezsiz çıxmayan kostruksiya əldə edilir. Dişlərinin rahat çeynəmə funksiyası olur. Tam dişsiz çənələrdə bəzi hallarda protez dayanıqlığı olmur. Protez dayanıqlığı olmadığı halda pasiyent, sözsüz ki, nəinki çeynəmə funksiyası, hətta, estetik olaraq belə istifadə edə bilmir. Protez ağızda çox hərəkətli olur, qidalana bilmir, estetik olaraq bəzən gülümsəmə zamanı, bəzən asqırmalar, əsnəmələr zamanı protez çıxma məcburiyyətində qalır. Bu hallarda implant ən doğru seçimdir. Bir neçə implant qoyularaq çıxan protezlər hazırlana bilir və bu kostruksiyalar çox sabit konstruksiyalar olur. Pasiyentin həm qidaqlanması çox rahat olur, həm də pasiyent öz psixoloji sağlam vəziyyətini əldə etmiş olur. Müsahib: Emil İmanov Müxbir: Günel İsmayılova Operator, montaj: Röyal Bədəlov Prodüsser: Sübhan İsmayılov Redaktor: Vaqif Hüseynov OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 589 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 22:22

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM