Qeyri adi doğulan körpə » OTV - İnternet Televiziyası

Qeyri adi doğulan körpə


Ürəyi bədəninin xarici səthi üzərində doğulan körpə Lesterdə Glenfild xəstəxanasında aparılan cərrahiyyə əmaliyyatından sonra sağ qalıb. OTV xəbər verir ki, körpənin ürəyini düzgün olaraq yerləşdirmək üçün 3 əməliyyat keçirilib. Qeyd edilən doğuş hər yarım milyonda 1 uşaqda müşahidə olunur və əksər hallarda uşaq ölü doğulur. Xəstəxananın verdiyi məlumata əsasən, Birləşmiş Krallıqda Vanelope Hope Vilkins əməliyyatdan sağ çıxan ilk körpədir. Körpənin valideynləri isə qızları -Vanellopeni əsl həyat döyüşçüsü kimi təsvir ediblər. Körpənin atası isə ” Bizə hər şeyin sona çatdığını söylədilər, onun sağ qalmasına isə valideynlərindən başqa heç kəs inanmırdı” deyə bildirdi.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 260 | Kateqoriya: Tibb Tarix: 13.12.2017, 20:43

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM