[Emil İmanov] Hansı yaş dövrünə qədər implantasiya etdirmək olar?



Sual: "Hansı yaş dövrünə qədər implantasiya etdirmək olar?" Cavab: İmplantasiyada yaş dövrü 17 yaşından başlayır. Bizim implant etdiyimiz 75 yaşında pasiyentimiz olub. Almaniyada bir professor 80 yaşında bir xanımı əməliyyat edib, implant qoymuşdu. Deyərdim ki, yaş həddi yoxdur. Sözsüz ki, yaş həddi yoxdur sözü nisbidir. Minimum yaş həddi var. 17, 18 yaş minimal yaş həddidir. O da sümük inkişaf dövrünün bitməsindən başlayır. Sümük inkişaf dövrü tam bitmiş gənclərdə 17, 18 yaşında xüsusi yoxlanış qaydaları var ki, sümük inkişaf dövrünün bitdiyini dəqiqləşdiririk və onda 17, 18 yaşından sonra rahatlıqla oluna bilir. Bu 17, 18 yaşında gənclərdə çox az həyata keçirilir. O yaşlarda diş itirilməsi çox az olur. Sadəcə avto qəzalar, travmalardan itirilən dişlərin bərpası üçün implantasiya olunur. Sağlamlığı orta həddə olan yaşlılarda da rahatlıqla oluna bilir. Hansı halda implantasiyada əks göstərişlər ola bilir? Əks göstəriş çox azdır. Ciddi ürək qan dövranı çatışmazlığı, böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı olan pasiyentlər, ciddi böyük sistematik xəstəlikləri olan, kimya terapiya, radio terapiya alan xərçəng xəstəlikləri olan pasiyentlərə müalicə dövründə implantasiya olunmur. Radio terapiya, kimya terapiya dönəmindən sonra etdiyimiz pasiyentlər var. 100-dən çox şəkər xəstəsi var ki, biz onlara implant etmişik və neçə illərdir ki, nəzarətimizdədir. Heç bir fəsadları olmur. Sözsüz ki, bu təkcə bizim təcrübəmiz deyil. Bütün dünyada minlərlə, on minlərlə insan şəkərli diabet, hətta, birinci tip insulin müalicəsi alan şəkərli diabet pasiyentlərinə belə implantasiya həyata keçirilir. Baxımlılıq olduqda, vaxtında müayinədən keçdikdə, pasiyent özünə qayğını düzgün həyata keçirdikdə heç bir fəsad olmur. Müsahib: Emil İmanov Müxbir: Günel İsmayılova Operator, montaj: Röyal Bədəlov Prodüsser: Sübhan İsmayılov Redaktor: Vaqif Hüseynov OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 443 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:11

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM