[Cərrah Mama-Ginekoloq- Rəxşəndə Aslanova ] Miomalar hər zaman əməliyyat üçün göstərişdirmi?



Sual: "Miomalar hər zaman əməliyyat üçün göstərişdirmi? bədxassəli törəməyə çevrilmə ehtimalı varmı?" Cavab: "Miomaların yerləşiminə görə 3 növü var: İçəriyə doğru böyümə göstərən, uşaqlığın əzələsində olan miomalar və çölə doğru böyümə göstərən miomalar. Buna görə də, xəstələrin şikayətləri dəyişir. Çox zaman miomalar heçbir şikayət vermir. Şikayət verirsə, qanaxma şikayəti verə bilir, ağrı hissi, basqı və sonsuzluq kimi təzahür edir. Xəstənin heçbir şikayəti yoxdursa və mioması 5-6santimetrin üstündə deyilsə, belə xəstələrə sadəcə nəzarət gərəklidir. 6aydan bir müayinəyə gəlmək, böyümə sürətinin izlənməsi, miomun quruluşu və yerləşiminin izlənməsi bu nəzarətə aid edilir. Xəstəyə qanaxma və ya ağrı verirsə, artıq əməliyyata göstəriş ola bilər. Sonsuz olan xəstədə başqa heçbir səbəb görünmürsə, miomalar uşaqlığın divarında yerləşibsə, iri miomadırsa bu da əməliyyat üçün göstəriş ola bilər. Bu əməliyyatın bir neçə növü var. Hər zaman bağlı əməliyyat etməyə çalışarıq. Bundan başqa endoskopik əməliyyat növü var. Bu əməliyyat xəstənin daha tez sağalması üçün əlverişlidir. Uşaqlığın içinə doğru olan miomalara histreskopi olur. İçəriyə kamera, müəyyən bir alətlə girilir və mioma içərdən kəsilir. Xəstənin üstdən heçbir kəsiyi olmur və eyni gündə xəstə evə gedə bilir. Mioma uşaqlığın divarındadırsa və ya çölündədirsə, miomanın həcmi buna yol verirsə bunu da lakoraskapi üsulu ilə götürməyə çalışırıq. Miomanın bədxassəli bitr törəməyə çevrildiyini öyrənmək istədikdə isə mioma özlüyündə xoş xassəli bir törəmədir. Yəni uşaqlığın divarından meydana gəlir,gənc dövrdə olur və sarkomaya çevrilmir. Heçbir mioması olmayan xəstənin menopozal dönəmdə miomaya bənzəyən bir törəmə aşkar olunur. O zaman onun sarkom olma ehtimalı daha böyükdür. Amma sarkom kimi başlayır, sarkom kimi böyüyür, bu miomanın bədxassəli variantıdır. Mioma ən başdan miom kimi əmələ gəlibsə və xanımın 4-5 santimetrlik bir miomu varsa, bu sarkoma dönüşməz. Bunlar ikisi də, ayrı törəmələrdir. Ya başdan xoşxassəli kimi ya da, bədxassəli kimi başlayır. Bədxassəli kimi başlayarsa çox sürətli böyüyür və əməliyyat üçün göstərişdir. Bunun üçün biz xəstələri 6 aydan bir müayinəyə çağırırıq. Son diaqnoz gistolojik olur. O parça gistolojiyə göndərildikdən sonra biz onun bədxassəli və ya xoşxassəli olduğunu bilirik. Müsahib: Rəxşəndə Aslanova Müxbir: Sevinc Baxışova Operator, montaj: Röyal Bədəlov Redaktor: Vaqif Hüseynov
Müəllif: Aytac Həsənova | Baxılıb: 42 | Kateqoriya: Tibb Tarix: 28-11-2017, 20:10

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM